İctimaiyyəti narahat edən, cəmiyyəti düşündürən məsələləri polis orqanları da daim diqqətdə saxlayır, bu sosial problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirirlər. Ölkəmizin demək olar ki, əksər şəhər və rayonlarında orta məktəblərdə, gənclər kollektivlərində keçirilən görüşlərdə günümüzün aktual mövzularına toxunulur, dinləyicilərin maariflənməsi işi diqqətdə saxlanılır.
DİN-in mətbuat xidmətindən ONN media-ya bildirilib ki, belə tədbirlərdən biri bu yaxınlarda paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən Emin Əliyev adına tam orta məktəbdə keçirilmişdir. “Ağ ölüm əsrin bəlasıdır” görüşün əsas mövzusu olmuşdur.
Tədbirdə Bakı şəhər Baş Polis İdarəsinin Veteranlar şurasının sədri Emin Məmmədov, Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Naib Ömərov, İctimai Təhlükəsizlik İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova, Binəqədi RPİ-nin Veteranlar şurasının sədri Zakir Əhmədov iştirak etmişlər.
Çıxış edən tədbir iştirakçıları yetkinlik yaşına çatmayanlar arasında hüquqazidd əməllərin, sosial bəlaya çevrilmiş narkomaniya və digər zərərli vərdişlərin fəlakətli nəticələrə gətirib çıxardığını və bu tip maarifləndirici tədbirlərin yeniyetmələrin təlim-tərbiyəsində xüsusi əhəmiyyəti olduğunu qeyd etmiş, gənclərimizə idmanla məşğul olmağı, yaxşı oxumağı və vətənpərvərlik ruhunda böyümələrini tövsiyyə etmişlər.
Sonda tədbir diskussiya şəklində davam etmiş, şagird və müəllim heyətini maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
Veteranların iştirakı ilə belə silsilə tədbirlər Yasamal rayonu ərazisindəki 225 saylı, Xətai rayonundakı 17 saylı tam orta məktəblərdə, Xəzər rayonundakı 322 saylı, Nərmanov rayonundakı “Humanitar fənlər liseyi” və “İstək” liseyində də tədbirlər keçirilmişdir.
2018-ci ilin 1-ci rübündə Bakı şəhər BPİ-nin Veteranlar şurasının iştirakı və təşkilatçılığı ilə 386 tədbir keçirilmiş, onlar 244 cinayətin açılmasında iştirak etmişlər.



Yüksək rütbəli polis zabiti koronavirusdan vəfat etdi
Nazir ona yüksək VƏZİFƏ VERDİ
Nazir bu şəhərin Baş əməliyyat müvəkkilini DƏYİŞDİ
Ramil Usubov generalları təltif etdi — SIYAHI
Eyvazovdan sərəncama götürülən rəisin yerinə TƏYİNAT
4 rayonun polis rəisi İŞDƏN ÇIXARILDI
Vilayət Eyvazovdan yeni təyinat
Vilayət Eyvazovdan YENİ TƏYİNATLAR
Nazir onu Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin etdi
Özünü güllələyən polis rəisini kim əvəz edir?
Nazir bölmə rəisini işdən azad etdi
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 