Azərbaycanın iki rayonuna yeni polis rəisi təyin edilib.
ONN media XəzərXəbər-ə istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Abşeron rayon Polis Şöbəsinin rəis müavini, polis polkovniki Azər Cahangirov tutduğu vəzifədən azad edilərək Astara rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Nazirin digər əmri ilə Xızı rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin rəisi Həmid Həsənov isə Xızı Rayon Polis Şöbəsinin rəisi təyin edilib.
Xatırladaq ki, Astaranın polis rəisi olmuş Adil Həsənov və Xızı rayon Polis Şöbəsinin rəisi olmuş Elmar Usubov bir neçə gün əvvəl xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Qeyd edək ki, Astaranın yeni rəisi A. Cahangirov tanınmış polis zabitidir. O, uzun illər daxili işlər orqanlarında çalışıb. A. Cahangirov Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi vəzifəsində çalışarkən həmin vaxt Bakının Nardaran və digər kəndlərində bir sıra mütəşəkkil cinayətkar dəstə üzvlərinin zərərsizləşdirilməsində yaxından iştirak edib. Onun rəhbərliyi ilə keçirilən əməliyyatlarda xüsusilə ağır cinayətlər törətmiş şəxslər tutularaq məsuliyyətə cəlb ediliblər.



Ramil Usubovdan yeni təyinat
Ramil Usubovdan yeni TƏYİNATLAR - SİYAHI
Ramil Usubovdan yeni TƏYİNATLAR
Ramil Usubovdan yeni TƏYİNAT
Vilayət Eyvazov bu rayonlara rəis təyin etdi
Polis rəisi təqaüdə göndərildi
Ramil Usubovdan yeni təyinat
DİN -də növbəti kadr DƏYŞİKLİYİ
Nazirdən ƏMR: Bakıda bu bölmələrin rəisləri dəyişdirilib
Vilayət Eyvazovdan YENİ TƏYİNATLAR
Nazirdən yeni TƏYİNAT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 