Son bir həftə ərzində Azərbaycan Silahlı Qüvvələri Azərbaycan-Ermənistan sərhədinin bəzi hissələrində aktiv mühəndis işləri aparır.
ONN media xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan Feysbuk səhifəsində yazıb. O bildirib ki, Azərbaycan Ordusu bunu mövqelərini gücləndirmək niyyəti ilə edir:
“Ermənistan silahlı qüvvələri vaxtaşırı olaraq, o cümlədən son günlərdə xəbərdarlıq edirdi ki, Azərbaycan ordusunun sərhəddə mühəndis-istehkam işləri aparması və digər provokativ fəaliyyəti atəşkəsin pozulmasına və arzulanmaz itkilərə səbəb ola bilər”.
Ovannisyan həmçinin yazıb ki, “destruktiv əməllər” cavabsız qalmır.
Bu gün Ermənistan ordusunun Naxçıvan istiqamətində təxribat əməli törətməsi və Ordumuzun əsgəri Adil Tatarovun şəhid olması xəbərinin ardınca Ovannisyanın bu açıqlamasını "ermənilərin törətdiyi təxribatın səbəbi” kimi də anlamaq mümkündür. Ancaq Ovannisyanın bu bəyanatı qədər gülünc cavab təsəvvür etmək mümkün deyil. Əgər Azərbaycan Ordusu hətta Ovannisyanın dediyi kimi, sərhəddə mühəndis-istehkam işləri görürsə, əsgərlərinin təhlükəsizliyi üçün qoruyucu mühəndis işi aparırsa, bu, necə provokasiya sayıla bilər?
Görünür, başqa heç bir səbəb tapmadıqları üçün Ovannisyan bugünkü təxribatı etiraf etmək qərarına gəlib və əslində, heç bir səbəb göstərməyib, sadəcə, təxribat naminə təxribat törətdiklərini dolayısı ilə yazıb.
Yeri gəlmişkən, qeyd edək ki, bu gün gündüz saatlarında Dağlıq Qarabağda daha bir erməni əsgər – 1999-cu il təvəllüdlü Hamlet Qriqoryan ölüb.
Onun ölüm səbəbi bəlli deyil.



Ovannisyanın açıqlaması panika yaratdı: Vəziyyət pisdir...
Ovannisyan istefa verdi
Artsrun özünü İFŞA ETDİ: Xudafərin yox, Qubadlı...
Sərkisyandan ŞOK AÇIQLAMA: Şuşa artıq...
Ovannisyan məğlubiyyətin səbəbini belə açıqladı
Ermənistanla sərhəddə atışma- Yaralı var
Ordumuzun əsgəri şəhid oldu - MN
Ermənistan ordusu itki verdi
Artsrun qayıtdı? – Ermənistan itkilərini belə gizlədir
Ermənistan ETİRAF ETDİ: Qarabağda MƏĞLUB OLDUQ
MN brifinq keçirir
SON DƏQİQƏ: Ordumuz şəhid verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 