Mayın 26-dan Azərbaycanda ov mövsümü açıq elan edilir. Lakin qanunla müəyyən edilən ərazilərdə kənarda ov edənlərə qarşı qanunvericilik əsasında sərt tədbirlər görüləcək.
ONN media xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
Onun sözlərinə görə, mövsümün açıq olması harada gəldi ov edilməsi demək deyil:
“Nazirlik tərəfindən mövsüm ərzində qanunu pozanlara qarşı sərt tədbirlər görüləcək”.
Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bildirib ki, ov mövsümü sabahdan 2019-cü il martın 16-dək açıq elan edilir:
“Sabahdan bəzi cütdırnaqlı heyvanları ovlamaq mümkün olacaq. Ovçular hansı heyvanların ovuna icazə verilməsi ilə bağlı yerli icra hakimiyyətlərindən öyrənə və icazə ala bilərlər. Yalnız ovçuluq bileti olanlara ov etməyə icazə veriləcək. Bunun üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarına müraciət edib test imtahanından keçib, müvafiq bank ödəməsi etmək lazımdır. Yerli ovçulara yalnız şənbə bazar günləri icazə verilir. Ov yalnız ovçuluq təsərrüfatları ərazisində ekologiya idarələri tərəfindən müəyyən olunan ərazilərdə həyata keçirilə bilər. Ov həyata keçiriləndən sonra yerli ekologiya şöbələri əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilir”.
H.Əlizadə bildirib ki, respublika ərazisində 12 ovçuluq təsərrüfatı var:
“Bunlar Bakı yaxınlığında və regionlarda yerləşir. Ümumilikdə 215 min hektarlıq ovçuluq təsərrüfatı sahələri var. Təqribən 20-25 min ovçu var, lakin bu sayı dəqiq müəyyən edə bilmirik. Çünki yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən deyil, Hərbi ovçuluq ittifaqı da ovçuluq bileti verir”.



Hansı heyvanları ovlamaq olar?
Nazirlik ekoloji qanunvericiliyi pozanlara xəbərdarlıq etdi
Saatlar qaldı - SABAHDAN BAŞLAYIR
Sabahdan Azərbaycanda ov mövsümü açılır
1 sentyabrdan mövsüm başlayır - QƏRAR VERİLDİ
Nazirlik: Azərbaycanda bu restoranlar bağlana bilər
Göygöldə iaşə xidmətinin göstərilməsi təklif edilir
Bu gün milli parklarda “Açıq qapı” günü keçirilir
Balıqçılıq təsərrüfatları qanuniləşdiriləcək
Ov mövsümü açıq elan edilir
İşğaldan azad edilmiş ərazilərə ceyranlar buraxılacaq
Altıağacda meşəni yandıranlar saxlanıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 