ONN media -ya verilən məlumata əsasən, Diaspor Fəaliyyətinə Jurnalistləri Dəstəyi İctimai Birliyi tərəfindən könüllü olaraq növbəti “Diaspor dərsi” mayın 25-də Bakı Avrasiya Universitetində keçirilib.
Bakı Avrasiya Universitetinin prorektoru Səyavuş Qasımov tədbiri açaraq iştirakçıları və qonaqları salamlayıb, layihənin BAAU-da keçirilməsindən məmnunluğunu ifadə edib. S.Qasımov DFJD-nin bu təşəbbüsünü yüksək qiymətləndirib və layihənin tələbələrin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını deyib. DFJD-nin sədri Fuad Hüseynzadə qeyd edib ki, bu “Diaspor dərsi” Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub. Fuad Hüseynzadə məlumat və maarifləndirmə xarakterli “Diaspor dərsi”ində Azərbaycan dövlətinin diasporun inkişafı istiqamətində gördüyü işlər, xaricdəki tələbə-gənclərimizin diaspor fəaliyyətinin perspektivləri, Azərbaycan gənclərinin informasiya müharibəsinin aparılmasında rolu mövzularından ətraflı danışıb. Daha sonra Bakı Avrasiya Universitetinin məzunu, Azərbaycan-Monteneqro mədəni və iqtisadi əlaqələr mərkəzinin direktoru Seyran Mirzəzadə “Skype” vasitəsi ilə “Diaspor dərsi”nə qoşulub və öz fikirlərini tələbələrlə bölüşüb. Tədbirdə “Hollandiya Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimli xaricdə keçirdikləri tədbirlər, xüsusən ermənilərə qarşı mübarizədə gördükləri işlər haqqında məlumat verib. O, Azərbaycan diasporunun erməni diasporuna qarşı mübarizəsindən danışaraq gəncləri informasiya müharibəsində aktiv olmağa səsləyib. Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının magistri, “Həmrəy” İctimai Birliyinin sədr müavini Elvin Babayev qeyd edib ki, müasir dövrdə hər bir gəncimiz istər ölkə daxilində, istərsə də xaricdə ictimai fəallıq göstərib özünü təsdiq edə bilər. Xatırladaq ki, Azərbaycanda ilk dəfə Diaspor Fəaliyyətinə Jurnalistləri Dəstəyi İctimai Birliyi tərəfindən könüllü şəkildə “Diaspor dərs”ləri layihəsi Təhsil Nazirliyinin müvafiq icazəsi ilə 2015-2016-cı dərs ilində orta məktəblərdə həyata keçirilib. Layihənin II və III mərhələlərinin davamı olaraq “Diaspor dərs”ləri kollec və universitetlərdə keçirilir.



Azərbaycanın diaspor fəalları koronaya yoluxdu - RƏSMİ
Diaspor nümayəndələrinin Şuşaya növbəti səfəri başladı
Diaspor nümayəndələri Şuşaya səfər edib
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 16-cı il dönümünü qeyd edilib
Xocalı ilə bağlı xüsusi aksiya
AZTV-nin yeni rəhbəri kimdir? - DOSYE
Diaspor nümayəndələri Şuşaya getdi
Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinə yeni səlahiyyət verildi
Azərbaycanın diaspor qurucusu vəfat etdi
Türkiyədə Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub (FOTO)
Cümhuriyyət qurucularının varisləri Azərbaycan xalqını təbrik etdilər
Ukrayna azərbaycanlıları Prezident İlham Əliyevə müraciət edib
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 