ONNmedia Olaylara istinadən xəbər veri ki, Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi (üçüncü-yekun oxunuş) müzakirəyə çıxarılıb.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, qanun layihəsi 8 fəsil, 40 maddədən ibarətdir. O, qeyd edib ki, qanun layihəsi əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyi doğuran risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub. Qeyd edək ki, hazırda qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun 1992-ci ildə qəbul edilib.



İlham Əliyev qanun imzaladı
Azərbaycanda bu şəxslər üçün bütün dövlət qurumlarında iş yeri kvotası yaradılır
DİQQƏT- 1000 manat cərimələnə bilərsiniz
Baş nazir əlillərlə bağlı yeni qaydaları təsdiqlədi
Milli Məclisin növbəti iclası başladı
Milli Məclisin iclası keçirilir- NƏ MÜZAKİRƏ OLUNUR?
"Standartlaşdırma haqqında" qanun dəyişdirilir
200 min insanın əlilliyi ləğv ediləcək? - Komitə sədrindən AÇIQLAMA
Əlillik statusu ilə bağlı yenilik
Milli Məclisin iclası başlayıb, gündəlikdə 18 məsələ var
Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək
Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 