"İyunun ilk ongünlüyündə çox kəskin istilər müşahidə olunmayıb. Bəzi günlərdə havanın temperaturu normadan 4-5 dərəcə aşağı olub. Növbəti dövrdə isə havanın hərarəti nisbətən norma daxilində dəyişəcək. İyunun ikinci yarısından etibarən, o cümlədən iyul-avqust aylarında kəskin istilərin olacağı ehtimalı var".
ONN media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji təbliğat şöbəsinin ictimaiyyətlə əlaqələr və təbliğat sektorunun müdiri Umayra Tağıyeva deyib.
Nazirlik rəsmisi bildirib ki, son 10 il ərzində hərarətin 35 dərəcədən çox olduğu günlərin sayı artıb. Anomal isti günlərin sayında və davamiyyətində artım müşahidə olunur. Proqnozlara görə təkcə, Azərbaycanda deyil, dünyada da qeydə alınan və iqlim dəyişkənliyinin təzahürü olan bu tendensiya davam edəcək.
“Əgər illik temperatur rejiminə baxsaq, 1961-1990-cı illərə nisbətən havanın orta illik temperaturu 1,4 dərəcə artıb. Bu isə qlobal istiləşmənin göstəricisidir. İqlim dəyişmələri anomal hidrometeoroloji hadisələrin sayının artmasında da özünü göstərir. İsti dövrlər də anomal hidrometeoroloji hadisə kimi səciyyələndirilə bilər. Son on il ərzində xüsusilə yay aylarında normadan yuxarı temperatur rejimi üstünlük təşkil edir. Azərbaycanda 2010-cu il ən isti il olub. Belə ki, həmin il isti günlərin sayı maksimum göstəriciyə çatıb”,-deyə U.Tağıyeva qeyd edib.



Avqust ayında hava necə olacaq?
Yayla bağlı ilkin PROQNOZ
Bu tarixdə müvəqqəti sərinlik olacaq
Builki oktyabr ANOMAL isti keçir- SƏBƏB?
Hava İlə bağlı ŞAD XƏBƏR
Temperatur 20 dərəcəyədək artacaq - Anomal istilər gəlir
Anomal istilər hansı aylarda olacaq? – İLKİN PROQNOZ
İyul ayında 43 dərəcə isti olacaq
Bu ay temperatur normadan yüksək olacaq - Tağıyeva
Martda hava necə olacaq?
Bakıda may ayında rekord istilər ola bilər?
Oktyabr ayının hava PROQNOZU
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 