Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 19-da torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin ildönümündə Müdafiə Nazirliyinin bir qrup nümayəndəsi II Fəxri xiyabanda Milli Qəhrəmanın qəbrini ziyarət edib, məzarı üstünə gül dəstələri qoyublar.
ONN media -ya Müdafiə Nazirliyindən verilən məlumata görə, mərasimdə Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Rasim Əliyev çıxış edərək Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini, anım günü qeyd edilən Mübariz İbrahimovun da qanında-canında qəhrəmanlıq və mübarizlik hissinin yüksək olduğunu bildirib. Öz şücaəti ilə ömrünün gənclik çağında tarixə və gənc nəslin qəlbinə adını yazmış qəhrəmanın ölməzlik qazandığı, ölçüyəgəlməz Vətən sevgisinin onu şəhidlik zirvəsinə ucaltdığını diqqətə çatdırıb. Bu igid gizirin göstərdiyi rəşadətin ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək dəyərləndirildiyi, ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında xidmətlərinə görə Milli Qəhrəman adına layiq görüldüyünü vurğulayıb.
Tədbirdə Azərbaycanın qəhrəman oğlu Mübariz İbrahimovun igidliyindən danışılıb, həyat yoluna nəzər salınıb, göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs edilib.
Sonra Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri yad edilib, məzarları üzərinə tər güllər düzülüb.



Mübariz İbrahimov hərbiçi yoldaşları tərəfindən anıldı
Mübariz İbrahimov doğum günündə anıldı
Prezidentin səhifəsindən Mübarizlə bağlı MÖHTƏŞƏM PAYLAŞIM - VİDEO
Milli Qəhrəmanın məzarı ziyarət edildi
Mübariz İbrahimovun məhv etdiyi posta bayrağımız sancıldı
Mübariz İbrahimovun anım günüdür
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğulduğu gündür
Daha bir Milli Qəhrəmanın məzarı bərpa edildi
Bu gün Mübariz İbrahimovun şəhadət günüdür
Mübariz İbrahimovu təhqir etməkdə ittiham olunan psixoloqla bağlı YENİ XƏBƏR
Mübariz İbrahimovun ev muzeyi tikilir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 