Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami rayon komissiyası tərəfindən Rayon Polis İdarəsi ilə birgə 2017-ci il dekabr ayının 11-də 250 №-li tam orta məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Sağlam gələcəyimiz naminə” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, Bakı Baş Polis İdarəsinin Narkotiklərlə mübarizə idarəsinin
baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şirəli Babayev, Nizami Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi, polis kapitanı Yaşar Həsənov, həmin bölmənin baş inspektoru, polis kapitanı Pərvanə Əzizova və 250 №-li tam orta məktəbin direktor əvəzi Əfşan Əliyeva çıxış edib, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniya barəsində geniş məlumatlar verib, gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildirib və hər bir yeniyetmə gənci bütün əqidəsi və iradəsi ilə narkomaniyaya yox deməyə çağırıblar.
Tədbirdə həmçinin şagirdlərin sualları cavablandırılıb, onları narahat edən bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib.
Tədbirin sonunda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının narkomanlıq və onun fəsadlarından, habelə insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən video-çarx nümayiş etdirilib.
Bilman




“Narkomaniyaya YOX deyirik” məktəbdə tədbir
Eyvazovdan sərəncama götürülən rəisin yerinə TƏYİNAT
Nazir ona yüksək VƏZİFƏ VERDİ
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Səbaildə narkotiklərlə bağlı tədbir keçirilib
Usubov Əhmədzadənin oğluna vəzifə verdi
Nazir bölmə rəisini işdən azad etdi
4 rayonun polis rəisi İŞDƏN ÇIXARILDI
Ramil Usubovdan yeni TƏYİNATLAR - SİYAHI
Vilayət Eyvazovdan yeni təyinatlar
Ramil Usubovdan yeni təyinat
Vilayət Eyvazov yeni polis rəisi təyin etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 