Bu gün diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə xarici işlər naziri Elmar Məmmədyarovun sədrliyi ilə nazir müavinləri, kollegiya üzvləri, xüsusi tapşırıqlar üzrə səfirlər, XİN-nin idarə və struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.
XİN-in Mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov peşə bayramı münasibətilə XİN kollektivini, o cümlədən xarici ölkələrdəki diplomatik nümayəndəliklərin əməkdaşlarını təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Nazir Elmar Məmmədyarov dövlət başçısının rəhbərliyi altında ölkəmizin milli maraqlarına xidmət edən xarici siyasət kursunun tarazlaşdırılmış və çoxistiqamətli əsaslarla davam etdiyini qeyd edib. Nazir dövlət başçısının daim Xarici İşlər Nazirliyinə göstərdiyi diqqət və qayğısından danışaraq 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı dövlət başçısının ölkəmizin xarici siyasətinə yüksək qiymət verdiyini diqqətə çatdırıb.
Geniş tərkibli iclasda 8 iyul tarixində XİN kollektivinin, o cümlədən gənc qadın əməkdaşların qoşunların təmas xəttinə səfəri, peşə bayramını ön xətdə xidmət çəkən əsgər və zabitlərlə birlikdə qeyd etmələri, təmas xəttinə ən yaxın yaşayış məntəqələrindən biri kimi Tərtərin Qapanlı kəndinə getmələri, məcburi köçkünlər üçün yeni salınmış Şıxarx qəsəbəsi və ermənilərin Qarabağa köçürülməsinin 200 iliyi ilə əlaqədar tikilmiş və sonradan ermənilər tərəfindən dağıdılmış Marağa 150 abidəsinin qalıqları ilə yerində tanış olmaları xüsusilə vurğulanıb.
Geniş tərkibli iclasda gündəlikdə duran prioritet tapşırıq və vəzifələr, regiondakı vəziyyət, 2019-cu ildə qeyd ediləcək Xarici İşlər Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar tədbirlər planının hazırlanması, 2019-2022-ci illərdə Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi və 2019-cu ildə Qoşulmama Hərəkatı zirvə toplantısının Azərbaycanda keçirilməsi məsələləri müzakirə olunub. Nazir Elmar Məmmədyarovun rəhbərliyi altında Xarici İşlər Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar tədbirlərin hazırlanması və həyata keçirilməsi üzrə təşkilat komitəsi yaradılıb.
İclasa yekun vuran Nazir Elmar Məmmədyarov müzakirə olunan məsələlər üzrə təlimatlarını verib.



Məmmədyarov Çavuşoğlu ilə telefonla danışdı
Elmar Məmmədyarov Slovakiyaya yola düşdü
Məmmədyarovun İran səfərində nə müzakirə ediləcək?
Elmar Məmmədyarov Moskvaya gedir, Lavrov isə Bakıya gəlir- XİN
Məmmədyarov yeni səfirlə görüşdü
Nazir Avropaya getdi
Rusiya ilə əlaqələr strateji xarakter daşıyır – XİN
XİN başçısı İordaniyanın Azərbaycandakı səfirini qəbul etdi
Elmar Məmmədyarov Belçikaya səfərə yollanıb
Diplomatik əlaqələrin 25 illiyi: zərf imzalandı
Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatdı
Elmar Məmmədyarov ABŞ səfirini qəbul etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 