Elmar Vəliyevin sağlıq durumu getdikcə yaxşılaşır. Ümid edirik ki, xəstənin vəziyyəti yaxın vaxtlarda, getdikcə daha da yaxşı olacaq.
ONN media modern-ə istinadla xəbər verir ki, bunu açıqlamasında Elmar Vəliyevi əməliyyat edən Türkiyədəki Bağçaşəhər Universitetinin tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türkər Kılıçın köməkçisi Gülşah Öztürk deyib.
Köməkçi bildirib ki, Türkər Kılıç Elmar Vəliyevin səhhəti ilə bağlı tez-tez onun yaxınları və bəzi mənbələrlə əlaqə saxlayır.
"Gəncəyə dəvət edilərkən ilk dəfə Elmar müəllimin beyin əməliyyatını Türkər Kılıç edib. Əməliyyatın nə qədər çəkdiyi və necə keçdiyi barədə isə məlumat verə bilmərik. Hazırda xəstənin harda müalicəsini davam etdirdiyi barədə də məlumatım yoxdur. Onu deyə bilərəm ki, T. Kılıç tez-tez E.Vəliyevin səhhəti ilə maraqlanır və xəstənin sağlıq durumu getdikcə yaxşılaşır".
Qeyd edək ki, Türkiyədəki Bağçaşəhər Universitetinin tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türkər Kılıç iyulun 4-də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsnin sədri Kərəm Həsənovun dəvəti ilə Gəncəyə gətirilib. Türkiyəli həkim elə həmin gün Gəncə şəhər İcra Hakimiyyətinin güllələnmiş başçısı Elmar Vəliyevi əməliyyat edib.
Qeyri-rəsmi məlumatlarda isə Elmar Vəliyevin hazırda İsraildə müalicə olunduğu bildirilir.



Gəncənin başçısının səhhəti necədir?
Elmar Vəliyevin oğlu istefa verdi
Qarabağ universitetinə dekanlar seçilib
Elmar Vəliyevin həyatı üçün ciddi təhlükə yoxdur-SƏHİYƏ NAZİRLİYİ
Azərbaycanda iki sabiq məmur HƏBS EDİLDİ
Deputatın və keçmiş icra başçısının oğlu İŞDƏN ÇIXARILDI
Əli Həsənov sui-qəsd haqqında danışdı-TƏCİLİ
Elmar Vəliyev hardadır?
Elmar Vəliyevə daha bir zərbə
Nazir: Yaxın vaxtlarda həmsədrlər regiona səfər edəcəklər
Elmar Məmmədyarov səfir təyin olunur?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 