"Əvvəllər bir azərbaycanlı jurnalist yazmışdı ki, guya atamın məzarı kiminsə tərəfindən qorunub saxlanılır. Mən sual verirəm. Bu, Xocalıda günahsız insanların, körpə uşaqların, qocaların qanına susayan erməniyə xas hərəkətdirmi? Məqsəd nə idi? Ermənini yaxşı obrazda Azərbaycan cəmiyyətinə təqdim etmək? Mənim atamın heç başdaşı olmayıb".
ONN media xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun oğlu Elşən Bağırov bildirib.
Ehtiyatda olan kapitan Elşən Bağırov qeyd edib ki, Allahverdi Bağırovla bağlı səsləndirilən, həqiqəti əks etdirməyən ifadələr onun şəxsiyyətinə ləkə yaxmaqdır.
"Xocalı faciəsi baş verəndən sonra atamın bütün işi-gücü cəbhədə daha da güclü döyüşmək idi. Atamın döyüş əməliyyatları göz qabağındadır. Düşmənə heç zaman güzəştə getməyib. Mən atamın rabitəcisi olmuşam. Onun bütün əməliyyatlarının şahidi idim. Məgər o cür şəxsiyyətə belə ləkə yaraşarmı?! Hansı jurnalist erməni ilə qardaşlıq etmək istəyir buyurub etsin. Hətta qohum da olsun. Amma ailə olaraq düşmənə birmənalı baxırıq. Son damla qanıma qədər də bir zabit kimi vuruşmağa hazıram", - deyə o vurğulayıb.
E.Bağırov həmçinin düşmənin yaydığı görüntülərə də münasibət bildirib: "Mən peşəkar zabitəm və düşmənin kim olduğunu yaxşı bilirəm. Onlar bizimlə informasiya müharibəsi xatirinə nəinki başdaşı, hətta heykəl də quraşdırıb qıra bilərlər. Biz Bağırovlar ailəsi birmənalı şəkildə xalqı ermənilərin iyrənc təxribatına uymamağa çağırırıq. Hamı bilsin ki, mənim atamın erməni dostu olmayıb".



Şəhid polkovnikin oğlu: “Atamın qisası alındı” - VİDEO
Meyxanaçı Ağakərimin oğlu Nazilə Səfərlidən GÖRÜN NƏLƏR DEDİ
Ermənilər Allahverdi Bağırovun qəbir daşını şəhər meydanına gətirərək dağıtdı
Bu gün Əfsanəvi komandirin doğum günüdür
Atamın 100 illiyini Şuşada qeyd etməli idim- Əliyev
Fonddan Mübariz İbrahimovun atası ilə bağlı QƏRAR
"Anarın ruhu narahatdır, çünki..."- Anjelika
Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi
Ramiz Əzizbəylinin son durumu necədir?
Əliyar Əliyevin oğlu: “Atamın qanı yerdə qalmadı...”
Ağdamla birlikdə Milli Qəhrəmanın məzarı da azadlığa qovuşdu - VİDEO
Ordumuzun 4 hərbçisi itkin düşdü, 3-ü tapıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 