Bir sərnişinin daşınma xərci 47 qəpiyə bərabərdir. Bu günə olan tarif isə 20 qəpik təşkil edir. Həmin 47 qəpiyə metropolitenin istismar xərcləri daxildir.
ONN media xəbər verir ki, bu sözləri Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov ötən gün Tarif Şurasının ictimai nəqliyyatda gedişhaqlarının artırılması barədə qərarından danışarkən deyib. O bildirib ki, bu qərarın qəbul edilməsində əsas məqsəd metropolitenin büdcədən asılılığının azaldılmasıdır:
“Bakı Metropoliteni QSC hər il maliyyə hesabatları dərc edir, müvafiq səlahiyyətli strukturlara hesabat verir. Metropolitenin tikintisi, yeni qatarların alınması, əsaslı təmir olunması və modernləşdirilməsi, stansiyaların yenidənqurulması və s. işlər həmin xərclərə daxil deyil. Bundan əvvəl Bakı Metropolitenində qiymət artımı barədə axırıncı dəfə 2011-ci ilin noyabrın 24-də qərar qəbul edilib, dekabr ayının 1-dən isə qüvvəyə minib. 2011-ci ilə qədər metropolitendə gedişhaqqı 15 qəpik təşkil edirdisə, müvafiq qərardan sonra 5 qəpik bahalaşaraq 20 qəpik olub.
Təbii ki, həmişə olduğu kimi, qiymət artımından sonra da Bakı Metropolitenində yenidənqurma, təkmilləşmə işləri aparılacaq. Məsələn, əvvəlki illərlə müqayisədə təmirə ehtiyacı olan qatarların sayı kifayət qədər azaldılıb. Metropolitenin ayrı-ayrı stansiyalarının yenidənqurulması ilə bağlı görülən işlər isə göz qabağındadır”.
B.Məmmədov qiymətlərin artırılmasından sonra belə sərnişindaşımada ən ucuz qiymət tariflərinin məhz Azərbaycanda olduğunu deyib:
“Metro ilə bağlı lazımi material və avadanlıqların əksəriyyəti xarici ölkələrdə istehsal olunur. Bu məsələləri nəzərə alanda hətta qiymət artımından sonra Azərbaycanla postsovet məkanındakı gedişhaqlarını müqayisə etsək, görərik ki, ən ucuz tariflər Bakı Metropolitenindədir. Məsələn, bu ilin iyulun 14-də Ukrayna metropolitenində gedişhaqları artırılaraq, uşaqlar üçün 41, böyüklər üçün 50 qəpik müəyyənləşdirilib. Bu rəqəm Minskdə 55, Daşkənddə 37 qəpik təşkil edir.
Rusiya metro sahəsində ən böyük istehsalçı ölkələrdən biri olmasına baxmayaraq, qiymətlər yüksək həddədir”.



Metroda gedişhaqqı artırılacaq? - Metropolitendən AÇIQLAMA
Metroda gediş haqqı 70 qəpik olacaq? - Rəsmi cavab
Metroda gedişhaqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB
Metroda gediş haqqı qalxacaq? - AÇIQLAMA
Bakı metrosunda gediş haqqı artırılacaq?
İctimai nəqliyyatda yeni tarif cədvəli açıqlandı
Bakı metrosu mayın 11-də işini bərpa edir? - RƏSMİ CAVAB
Metro qatarları yenilənir - RƏSMİ
Metroda gediş haqqı artırılır? – RƏSMİ
Metropolitendən tibbi maskalarla bağlı – Açıqlama
125 saylı marşrut xəttində gediş haqqı artıb? - BNA-dan AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 