Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Nazilidən Tovuza könül körpüsü” adlı qardaşlıq gecəsi keçirilib.
ONN media xəbər ki, tədbirdə Türkiyənin Nazili vilayətinin millət vəkili və bələdiyyə sədrinin müavinləri, həmçinin bələdiyyə məclisinin üzvləri, tanınmış ziyalılar və folklor qrupunun üzvləri iştirak ediblər.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov gecənin açılışında çıxışına ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” düşüncəsi ilə başlayıb və Prezident İlham Əliyevin qardaş Türkiyə ilə əməkdaşlığa hər zaman böyük önəm verdiyini qeyd edib.
O, iki qardaş ölkə arasında bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini xüsusilə vurğulayıb.
Millət vəkili Qənirə Paşayeva da çıxışında bildirib ki, tədbirin türkiyəli nümayəndələrlə birlikdə keçirilməsi önəmlidir, eyni zamanda, dosta, düşmənə bir mesajdır.
“Arzu edirəm ki, gələn tədbirlərimizi Ali Baş Komandan, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağ, Xankəndi, Xocalı, Şuşa və digər o gözəl torpaqlarımızda qeyd edək”.
Tədbirdə çıxış edən Nazili bələdiyyə sədrinin müavini Mustafa Ağqaya ölkəsinin hər zaman Azərbaycanın yanında olacağını qeyd edib.
Gecə Azərbaycanın tanınmış sənətçiləri və Türkiyədən gəlmiş folklor qrupunun ifası ilə davam etdirilib.



Qənirə Paşayeva Türkiyədən gəlmiş ziyalılarla görüşüb
Qənirə Paşayevanın bacısının Türkiyədəki toyundan GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Sadiq Qurbanov Türkiyəli həmkərlarına təşəkkür etdi
Qənirə Paşayeva vəfat etdi
Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb
Qənirə Paşayeva ilə vida mərasimi keçirilir
Qənirə Paşayeva komaya düşdü
Qənirə Paşayevanın son durumu açıqlandı
Qənirə Paşayevaya fəxri diplom verildi
Türkiyə bayrağını cıran yunan millət vəkili CƏZALANDIRILDI
Qənirə Paşayeva harada dəfn olunacaq?
Amansızlıqla öldürülən Nərminin dəfn mərasimi keçirilir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 