“ASAN xidmət”ə 24 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.
ONN media xəbər verir ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin yaydığı məlumata görə, bu müraciət Sumqayıt “ASAN xidmət” mərkəzinə Cavadovlar ailəsi tərəfindən edilib. Ailə Ədliyyə Nazirliyinin doğumun qeydə alınması xidmətinə müraciət edərək əkiz övladlarına doğum haqqında ilkin şəhadətnamə alıb.
Nəsib və Nasir qardaşları 24 milyonuncu müraciətin sahibləri kimi təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, hazırda 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.



Bu ərazilərdə “ASAN xidmət” mərkəzləri tikilir
Azərbaycanda beş yeni “ASAN xidmət” mərkəzi açılacaq
Sabah “ASAN xidmət” mərkəzləri işləməyəcək
“ASAN xidmət” bu tarixlərdə işləməyəcək
“ASAN xidmət” 2 gün İŞLƏMƏYƏCƏK
"Asan Xidmət" bu tarixdə işləməyəcək
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri bu tarixdə işləməyəcək
“ASAN xidmət”də YENİLİK
Bu tarixdə “ASAN xidmət”də iş olmayacaq
Azərbaycanda bu rayonlarda da "ASAN xidmət” mərkəzi olacaq
Bu 5 rayonda “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək
Bu rayonlarda da “ASAN xidmət” mərkəzləri tikiləcək - SİYAHI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 