ONN İnformasiya Agentliyi

Təmas xəttində növbəti monitorinq insidentsiz ötüşüb

Təmas xəttində növbəti monitorinq insidentsiz ötüşüb
12-09-2018, 13:09


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib.

Müdafiə Nazirliyindən ONN media-ya verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller, Ermənistan silahlı qüvvələri tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Mixail Olaru keçiriblər.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png