"Ötən tədris ilində 10 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib".
ONN media xəbər verir ki, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifələrini icra edən Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ötən tədris ilində BŞTİ-nin bir əməkdaşı, 20 direktor müavini, 9 müəllim, 1 kitabxana müdiri işdən çıxarılıb:
"Eyni zamanda, 2 BŞTİ əməkdaşı, 18 təhsil müəssisəsinin rəhbəri, 32 direktor müavini, 54 müəllim, BŞTI-yə tabe struktur bölmələrinin 6 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub".
M.Vəliyeva əlavə edib ki, BŞTI-yə tabe struktur bölmələrinin 30 əməkdaşı, 27 təhsil müəssisəsinin rəhbəri, 11 direktor müavini, 40 müəllimə isə xəbərdarlıq edilib.
O həmçini qeyd edib ki, "Son illərin təhlilləri göstərir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan orta və tam orta təhsil səviyyələri üzrə rus bölmələrində bəzi siniflər ümumiyyətlə fəaliyyət göstərmir".
Nazir müavini bəzi siniflərdə şagird sayının az olduğunuda vurğulayıb.
"Bu sahədə kadr çatışmazlığı da əlavə problemlər yaradır. İlkin təhlillər bəzi məktəblərdə rus bölməsinin bütün siniflər üzrə davamlı olmadığını, sinif sayının 2-3, bəzilərində isə 8-9 olduğunu göstərib. Şagird sayının azlığına baxmayaraq, həmin məktəblərdə buraxılış imtahanlarının nəticələri kifayət qədər yaxşı olmayıb".
Onun sözlərinə görə, bu da təhsilin keyfiyyət göstəricilərinə mənfi təsir edib: "Buna görə də BŞTİ son 3 ildə davamlı şəkildə 9-cu siniflərin tədrisini təmin edə bilməyən məktəblərin siniflərini yaxın ərazilərə köçürülməsinə və təhsilin daha keyfiyyətli təşkil olunmasına şərait yaradıb".



Təhsil nazirinin müavini işdən niyə çıxarılıb? - SƏBƏB AÇIQLANDI
Bakıda 33 məktəbə direktor təyin edildi
Emin Əmrullayev onlara YÜKSƏK VƏZİFƏ VERDİ
SON DƏQİQƏ: Azərbaycanda YÜKSƏK VƏZİFƏLİ MƏMUR işdən çıxarıldı - FOTO
Bakıda işləyən müəllimlər nə qədər maaş alır?
Bağçada işləmək istəyənlərin NƏZƏRİNƏ
Nazir onlara YÜKSƏK VƏZİFƏ verdi
Bakıda bu bağçaların fəaliyyəti dayandırıldı
Bu şagirdlər bir səhifəlik esse yaza bilmir - Nazir
Təhsil Nazirliyində yeni TƏYİNATLAR
Bu gündən yeni dərs ili başlayır
Daha bir sinif koronavirusa görə bağlandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 