Son vaxtlar dərsliklərdə yol verilən kobud səhvlərin ardı-arası kəsilmir. Yeni səhv isə “Tarix” dərsliyindəki tarix səhvidir. Hələ 2017-ci il olmasına baxmayaraq, 7-ci siniflər üçün nəzərdə tutulan “Tarix” dərsliyinin çap tarixində 2018-ci il göstərilib. Maraqlıdır, buraxılış ili yanlış göstərilən “Tarix” dərsliyinin içindəki mühüm tarixlər doğru qeyd edilibmi?
ONNmedia xəbər verir ki, məsələ ilə bağlı axar.az-a danışan Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov qeyd edib ki, həmin kitab nazirliyə məxsus deyil:
“Ola bilsin, o kitab nəşriyyatın çapıdır. Bizdə belə dərslik yoxdur. Təhsil Nazirliyinin çap etdirdiyi kitablar 3-4 qurumdan keçir. Ona görə “2018-ci il” yaza bilməz, mümkün deyil. Bu kitab, deyəsən, “Azpoliqraf” nəşriyyatına məxsusdur”.
Cəsarət Valehova kitabın rəsminin sosial şəbəkədə yayıldığını bildirdikdə isə o, ilin fotoşopla “2018” yazılma ehtimalının olduğunu vurğulayıb:
“Sosial şəbəkədə yayımlanan bu tip hadisələr adətən həqiqəti əks etdirmir. Bir dəfə də sosial şəbəkədə Azərbaycan şairi Nizami Gəncəvi fars ədəbiyyatının nümayəndəsi kimi göstərildiyi dəftəri Təhsil Nazirliyinin çap etdiyi dərslik kimi qələmə vermişdilər. Əslində isə o “Oyal” şirkətinə məxsus idi. Bəlkə o kitabı da kimsə dərslik adı ilə çap edib”.
Təhsil eksperti Kamran Əsədov isə dərslikdə “2018-ci il” yazılma faktını təsdiqləyərək, həmin kitabın hazırda pilot məktəblərə göndərildiyini bildirib:
“Buraxılış tarixi 2018-ci il göstərilən o “Tarix” kitabından məndə də var. Belə halların baş verməməsi üçün fikrimcə, kitab mərkəzi, agentliyi yaradılmalıdır. Burada da yazılmış dərsliklər pilot layihə çərçivəsində öncədən müəyyən olunmuş yüksək nəticələri olan məktəblərə göndərilməlidir. Amma bir dərslik yox, bir neçə dərslik. Bundan sonra o dərsliklər ictimai müzakirəyə çıxarılmalıdır. Bütün mərhələləri keçdikdən sonra ixtisaslar üzrə universitet və institutlara göndərilməlidir. Onlar müsbət rəy verdikdən sonra çap olunmalıdır. Məncə, Təhsil Nazirliyinin ən böyük uğursuzluğu dərslik siyasəti ilə bağlıdır. Onların dərslik işini qura bilmirlər. Yoxsa hər çıxan problemə “texniki səhvdir, fotoşopdur” deməklə cavab vermək olmaz”.



Dərslər 15 sentyabra kimi təxirə salınır? – Rəsmi cavab
Lənkəran Dövlət Universitetinin əməkdaşı vəfat edib
Erməni dərsliklərində “türk izi” – İrəvanda çaxnaşma düşdü
Dövlət Xidmətinin regional idarələri yaradılır
Putin Ermənistana səfər edəcək?
DİM-dən bu fənlər üzrə imtahanlara düşəcək mövzularla bağlı AÇIQLAMA
Dərslər hansı formada keçiriləcək?
Elm Tarixi İnstitutu "Bakı Dövlət Universitetinin tarixi" kitabının təqdimatını keçirib
Magistrların ixtisas seçimi nə vaxt başlayır?
Baş nazirdən “Yanar dağ” Qoruğunu ilə bağlı QƏRAR
Ermənilərə tarix dərsi keçən daha bir müəllim
Təranə Səmədova həbs olundu
Hərbçilərə şad xəbər: Maaş artımı gözlənilir
“Avroviziya” qalibi Bakıya gəlməkdən imtina etdi
Milli Məclisin növbəti iclası başladı
Arıqlamaq istəyənlər üçün daha bir təbii yol
Pensiya alanlara şad xəbər
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Həftəsonu 365 nəfər təkrar imtahan verəcək
Xankəndiyə növbəti köç karvanı yola salındı
Günün qoroskopu: İşlərin öhdəsindən təkbaşına gəlməyə can atın
Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!
Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
Prezident onları qəbul etdi
Temperatur 38 dərəcəyə yüksələcək
Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - Rəsmi
Ukrayna Nisanovun Moskvadakı bazarını vurdu 