Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) "Bakı Dövlət Universitetinin tarixi" kitabının təqdimatını keçirib. Kitab Elm Tarixi İnstitutunun elmi şurasının qərarına əsasən çap olunub. Kitabın müəllifləri – tarix üzrə fəlsəfə doktorları Ziyad Əmrahov və Samir İsmayılıovdur. Kitabın redaktoru və "Ön söz" ün müəllifi AMEA Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəylidir. Tədbiri Elm Tarixi İnstitutunun direktoru Məryəm Seyidbəyli açaraq Azərbaycanda Avropa tipli ilk ali təhsil ocağının – Bakı Dövlət Universitetinin şərəfli tarixinə nəzər salıb. Universitetin yaranmasını Azərbaycan Xalq Cümhuriyyətinin şanlı ilklərindən biri kimi səciyyələndirən M.Seyidbəyli kitabın AXC-nin və BDU-nun 100-cü ildönümünə layiqli töhfə olduğunu vurğulayıb. Nəşrdə arxiv materiallarına geniş yer verildiyini bildirən M.Seyidbəyli qeyd edib ki, yeni faktlarla zəngin, BDU-nun tarixini tam əks etdirən araşdırma Elm Tarixi İnstitutunun fəaliyyətində təqdirəlayiq işlərdən biridir. Sonra kitabın müəlliflərindən tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahov çıxış edərək, kitabın yazılma zərurəti və tədqiqat prosesi haqqında məlumat verib. Müəllif kitabda BDU-nun keçdiyi inkişaf mərhələləri: Universitetin yaradılması ilə bağlı AXC hökumətinin atdığı addımlar, təhsil ocağının 1920-ci il aprel işğalından sonrakı fəaliyyəti, pedaqoji kadr hazırlığı, SSRİ-nin dağılması ərəfəsində Azərbaycanda gedən ictimai-siyasi proseslərdə ali məktəbin tələbə və müəllim kollektivinin iştirakı, 1989-cu ildə Azərbaycan ziyalılarının tələbi ilə qurumun tarixi adının bərpa olunması və digər məsələlərin, eləcə də 1990-cı ildən müasir dövrə kimi BDU-nun fəaliyyətinin ilk dəfə arxiv sənədləri əsasında araşdırılaraq oxuculara təqdim olunduğunu bildirib. AMEA A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli Elm Tarixi İnstitutunun fəaliyyətə başladığı qısa müddət ərzində gerçəkləşdirdiyi önəmli layihələrdən danışaraq, "Bakı Dövlət Universitetinin tarixi" kitabını İnstitutun növbəti uğurlarından və “ilk” lərindən biri kimi xarakterizə edib. Kitabın xüsusi həssaslıqla qələmə alındığını, dolğun xronologiya əsasında tərtib edildiyini vurğulayan D.Əzimli BDU-nun keşməkeşli tarixinə ayna tutan əsərin möhtəşəm bir araşdırma olduğunu diqqətə çatdırıb. Tədbirdə Bakıda səfərdə olan, Cümhuriyyət dövrünün araşdırıcısı, ABŞ-ın Binqhamton Universitetinin professoru xanım De Haan, BDU-nun Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini, professor Sevda Süleymanova, Elm Tarixi İnstitutunun əməkdaşları – elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev, elmi işçi Hikmət Dayıyev çıxış edərək kitabı hər kəsə doğma olan BDU-nun, o cümlədən Cümhuriyyətin 100 illiyinə layiqli töhfə kimi qiymətləndirib, gərgin və məsuliyyətli əməyin nəticəsi olan, çoxsaylı arxiv materiallarının cəlb olunduğu dəyərli tədqiqat işinə görə müəllifləri təbrik ediblər.
Elm Tarixi İnstitutu "Bakı Dövlət Universitetinin tarixi" kitabının təqdimatını keçirib



Azərbaycanda daha bir institut ləğv olundu
"Qədim Türk yurdu NAXÇIVAN"
Naxçıvan Bektaşiləri haqda mükəmməl kitab
Elm Tarixi İnstitutu müsabiqə elan edir
Görkəmli alim Vəli Əliyev dünyasını dəyişib
“Keçmişdən günümüzə Naxçıvan Bektaşiləri” kitabının təqdimat mərasimi keçirilib
Zəngəzuru unutmayaq!
"Zəngəzur" toponiminin qədim etnogenez tarixi - kitabının təqdimatı olub - Xəzər Universitetində
MM-in yeni seçilən vitse-spikeri kimdir? - Dosye
AMEA-da otaq çatışmazlığından 8 şöbə ləğv olunur - SİYAHI
AMEA-da prezident seçkiləri keçiriləcək
"Zəngəzur" toponiminin qədim etnogenez tarixi - ADPU-da
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Fidan Ukraynaya səfərə gedir 