Dövlət İmtahan Mərkəzi Azərbaycan tarixi və ümumi tarix fənləri üzrə imtahan verən abituriyentlərə müraciət edib.
Mərkəzdən ONN media-a verilən məlumata görə, respublikanın ümumi təhsil müəssisələrində qüvvədə olan təhsil proqramına əsasən, bu ilin mart-iyun aylarında tədrisi nəzərdə tutulan mövzular qəbul imtahanı proqramından çıxarılıb və həmin mövzular DİM-in internet saytında yerləşdirilib.
Bəzi abituriyentlər və orta ümumtəhsil məktəblərində Azərbaycan tarixi və ümumi tarix fənlərini tədris edən müəllimlər tərəfindən bu iki fənn üzrə proqramdan çıxarılan mövzuların mart-iyun aylarında tədris edilən mövzuları tam əhatə etmədiyinə dair DİM-ə müraciətlər daxil olub.
Dövlət İmtahan Mərkəzi bu müraciətlərlə əlaqədar olaraq bildirir ki, hazırda qüvvədə olan təhsil proqramına əsasən, ümumi təhsil müəssisələrində Azərbaycan tarixi və ümumi tarix fənləri üzrə XI sinifdə IX sinifdə tədris olunmuş mövzuların genişləndirilərək mənimsənilməsi nəzərdə tutulur. Buna görə də cari ildə keçiriləcək qəbul imtahanlarında Azərbaycan tarixi və ümumi tarix fənləri üzrə mart ayından etibarən keçirilməli olan mövzulara aid test tapşırıqları həmin mövzular üzrə IX sinif dərsliklərində yer almış biliklərə əsaslanacaq.
Digər bütün mövzular üzrə test tapşırıqlarında isə VI-XI sinif dərsliklərinə istinad ediləcək. Mart ayından etibarən XI sinifdə tədris olunmayan bəzi mövzuların adlarının qəbul proqramından çıxarılan mövzular arasında göstərilməməsi bununla bağlıdır.



Bu mövzular imtahana salınmayacaq
Gələn il keçiriləcək buraxılış imtahanlarının tarixləri
Bu mövzular qəbul imtahanından çıxarılıb
Qəbul imtahanları ilə əlaqədar kitablar yenilənəcək? - RƏSMİ AÇIQLAMA
Nazirlikdən informatika kitabları ilə bağlı AÇIQLAMA
Attestat ala bilməyənlər imtahan verdi
Nazirdən I siniflər üçün mühüm ƏMR
Məleykə Abbaszadə abituriyentlərə müraciət etdi
İyunda keçiriləcək vacib imtahanların dəqiq təqvimi
Bu gün Azərbaycan məktəblərində "Son zəng"dir
Buraxılış imtahanlarının vaxtı bəlli oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 