Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov "İnterfaks-Azərbaycan" İnformasiya Agentliyinin baş direktoru Aleksandr İvanovun vəfatı ilə əlaqədar başsağlığı verib.
ONN media-nın məlumatına görə, Ə.Amaşov başsağlığında qeyd edib:
"İnterfaks-Azərbaycan" İnformasiya Agentliyinin baş direktoru Aleksandr İvanovun vaxtsız vəfatından çox üzüldüm. Mərhumun doğmalarına, yaxınlarına və dostlarına dərin hüznlə başsağlığı verirəm.
Aleksandr Alekseyeviç şəxsi keyfiyyətləri ilə örnək sima idi. Sadəliyi, səmimiliyi, qayğıkeşliyi ilə seçilirdi. İdeya və prinsiplərinə hədsiz sadiqliyi və bütövlüyü ilə də. Məhz buna görədir ki, uzun müddət təhlükəsizlik orqanlarında çalışmış, ulu öndər Heydər Əliyevin şəxsi mühafizə xidmətinə rəhbərlik etmişdi.
Aleksandr İvanov Azərbaycan Mətbuat Şurasına üzv təşkilatın - “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinin rəhbəri kimi tədbirlərimizdə yaxından iştirak edirdi. Hərəkət və davranışlarında, ətrafdakılara münasibətdə hər zaman böyüklük, doğmalıq hissi görürdük. Bunun nəticəsidir ki, media cameəsində hörmət və ehtiramla qarşılanırdı.
A.İvanov təhlükəsizlik orqanlarında fəaliyyəti ilə peşəkar olduğu kimi, media sahəsində də peşəkar idi. Jurnalistika prinsiplərini və vətənpərvərliyi vəhdətdə tutmağı bacarırdı. Hadisə və prosesləri özünəməxsus təhlil etmək qabiliyyəti ilə diqqət çəkirdi. Hesab edirəm ki, onun timsalında biz Azərbaycan həqiqətlərinin xaricdəki fəal təbliğatçılarından birini itirdik.
Aleksandr Alekseyeviçin vaxtsız vəfatı jurnalistikamız üçün böyük itkidir. Bir daha mərhumun doğmalarına, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin! Məkanı cənnət olsun!"



Heydər Əliyevin məşhur cangüdəni vəfat etdi
İnformasiya Agentliyinə yeni baş direktor təyin olunub
Əflatun Amaşov koronavirusa yoluxub
Fuad Abbasov Mətbuat Şurasında oldu, görüşlər keçirtdi - Fotolar
Heydər Əliyevin cangüdəni son mənzilə yola salındı - FOTOLAR
Əflatun Amaşov: “Onlayn mediaya il ərzində 1 milyon manat ayıra bilsək...”
Yeni telekanal yaradlır - TƏKLİF
Azərbaycan XİN rusiyalı jurnalistlərin ölümü ilə əlaqədar başsağlığı verdi
Əflatun Amaşov seçkilərə qatılmır?
Əflatun Amaşov növbəti dəfə Mətbuat Şurasının sədri seçildi
Amaşovdan Cavanşir Feyziyevlə bağlı AÇIQLAMA
MŞ dünyasını dəyişən jurnalistlərin vəfatı ilə əlaqədar başsağlığı verib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 