Xəbər verdiyimiz kimi, Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin xanım Moskva vilayətinin mədəniyyət naziri vəzifəsinə təyin olunub.
ONN media AzPolitika-ya istinadla xəbər verir ki, uzun müddət jurnalistika və televiziya sahəsində çalışan Nərmin Şirəliyeva bir azərbaycanlı xanım üçün o qədər də tipik olmayan və kifayət qədər maraqlı həyat yolu ilə seçilir.
Oqtay Şirəliyevin üç qızından biri olan Nərmin xanım 1974-cü ildə Bakı şəhərində doğulub. O, Bakıda 27 nömrəli ingilisdilli təmayüllü orta məktəbi qızıl medalla bitirəndən sonra, artıq 16 yaşında Moskvaya gedib. 1991-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq jurnalistika fakültəsinə daxil olan Nərmin xanım, jurnalistikanın kulturologiya istiqamətini seçib. Moskva vilayətinin yeni mədəniyyət naziri ingilis və fransız dillərində sərbəst danışır.
N.Şirəliyeva 1996-cı ildə ali məktəbi bitirəndən sonra “Kultura” qəzetində beynəlxalq icmalçı kimi fəaliyyətə başlayıb. Daha sonra Rusiyanın “Kultura” telekanalında müxbir işləyən Nərmin xanımın son iş yeri “Kultura” telekanalında şef-redaktor vəzifəsi olub. N.Şirəliyeva hətta 2012-ci ildə Vladimir Putinin seçkiqabağı kampaniyasında onun etibar edilmiş nümayəndələrindən biri olub.
Nərmin Şirəliyevanın şəxsi həyatındakı ən maraqlı məqam isə onun Rusiyada kifayət qədər tanınmış mədəniyyət xadimi ilə ailə həyatı qurmasıdır. Oqtay Şirəliyevin kürəkəni Yevgeni Qinsburq onun qızından 29 yaş böyük olub. 52 yaşlı rejissora ərə gedəndə, N.Şirəliyevanın cəmi 23 yaşı olub. Həm də bu, Y.Qinsburqun ikinci evliliyi imiş və onun artıq birinci evliliyindən 3 qızı varmış. Bu evlilikdən Nərmin xanımın Aleksandr adlı bir oğlu var. Amma məşhur kinorejissorun azərbaycanlı xanımla xoşbəxt evliliyi uzun sürməyib və cəmi 14 il çəkib. 2012-ci il yanvarın 15-də 66 yaşlı Yevgeni Qinsburq insultdan vəfat edib.
Rusiyada ictimai-siyasi və mədəniyyət sahəsində fəal fəaliyyəti ilə seçilən Nərmin Şirəliyeva 2012-ci ilin sentyabrından Moskva vilayəti İctimai Palatasının üzvü, mədəniyyət və xeyriyyəçilik üzrə beynəlxalq komissiya qrupunun rəhbəridir.



Oqtay Şirəliyevin qızı NAZİR VƏZİFƏSİNDƏN AZAD OLUNDU
Bu gün akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümüdür
Oqtay Şirəliyevə yeni vəzifə verildi
Oqtay Şirəliyev yeni aparat rəhbəri təyin edib
Oqtay Şirəliyevin oğluna vəzifə verildi
6 fevral Firəngiz Şərifovanın doğulduğu gündür
Bu gün Firəngiz Şərifovanın doğulduğu gündür
Hacıbala Abutalıbovla Əli Həsənov təqaüdə göndərildi, Oqtay Şirəliyevsə…
Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü tamam olur
Mehriban Əliyevanın doğum günüdür
Oqtay Əliyev ilə vida mərasimi keçirilir
Bu gün Gülşən Qurbanovanın doğum günüdür
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək 