Prezidenti İlham Əliyevin bu ilin oktyabr ayının 10-da ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə imzaladığı Fərmana əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri təyin edilib.
ONN media xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının imzaladığı əmrə əsasən, ilahiyyat elmləri üzrə fəlsəfə doktoru Mehman İsmayılov icraçı direktor vəzifəsinə təyin edilib. M.Q.İsmayılov indiyədək Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsində çalışıb.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev Fondun Himayəçilər Şurasının sədri, üzvlüyünə isə Milli Məclisinin deputatı Sahibə Qafarova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru və AMEA-nın Humanitar elmlər bölməsinin akademik katibi Teymur Kərimli və “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev təyin ediliblər.



Əli Əsədovdan Dövlət Komitəsi ilə bağlı QƏRAR
Dövlət Komitəsinin yeni tərkibi təsdiqləndi - QƏRAR
Amil Cavadova Komitədə daha bir vəzifə verildi
Prezident dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI
Azərbaycanda YÜKSƏK VƏZİFƏLİ ŞƏXS koronavirusdan öldü
Azərbaycanda yeni bir universitet açıldı
Bu komitə sədri vəzifəsindən azad olundu
Kasıbları dövlət dəfn edəcək- AZƏRBAYCANDA
Prezident Dövlət Komitəsinin əməkdaşlarını təltif etdi
İlham Əliyev sərəncam imzaladı
Prezident yanında Bilik Fondunun Himayəçilik Şurası üzvləri təyin edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 