“Lotereyalar haqqında” qanunda dəyişikliklər parlamentin plenar iclasında I oxunuşda müzakirə olunub.
ONN media xəbər verir ki, dəyişikliyə əsasən, qanuna “Elektron lotereya” anlayışı əlavə olunub.
Elektron lotereya - lotereyanın keçirilmə formasından asılı olmayaraq, lotereya təşkilatçısının lotereya biletlərinin yayılmasını və lotereya iştirakçıları arasında uduş fondunun oynanılmasını informasiya sistemləri və şəbəkələri vasitəsilə həyata keçirdiyi lotereyadır.
Həmçinin dəyişikliklə, lotereya iştirakçılarına yaş məhdudiyyəti tətbiq edilib. Belə ki, lotereya iştirakçısı 18 yaşına çatmış, könüllü şəkildə lotereyada iştirak edən, lotereya biletinin (ona bərabər tutulan digər məlumat daşıyıcısının) sahibidir.
Digər dəyişikliyə əsasən, lotereyanın şərtlərində dəyişiklik edilməsi üçün lotereya təşkilatçısı uduş fondunun oynanılması tarixinə azı 15 iş günü qalmış maliyyə bazarlarına nəzarət orqanına müraciət edir. Lotereyanın şərtlərində dəyişiklik edilməsi ilə bağlı müraciət maliyyə bazarlarına nəzarət orqanına daxil olduğu gün qeydiyyata alınır və həmin tarixdən etibarən 5 iş günündən gec olmayaraq, maliyyə bazarlarına nəzarət orqanı dəyişikliklər edilməsinə icazənin verilməsi və yaxud bundan imtina edilməsi barədə qərar qəbul edir.
Lotereyanın şərtlərinə dəyişiklik edilməsinə razılıq verilməsi və yaxud bundan imtina edilməsi barədə qərar lotereya təşkilatçısına təqdim edilir və yaxud sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Hazırda qüvvədə olan qanun əsasən lotereyanın şərtlərinə əlavə və dəyişikliklər uduş fondunun oynanılması tarixinə azı 10 iş günü qalana qədər edilə bilər.



Lotereya oyunlarının TV ilə canlı yayımı dayandırılır
Nazirlikdən lotereya oyunları təşkil edənlərə xəbərdarlıq
Baş nazir Əli Əsədov qərar imzaladı
Bakıda ani lotereyalarda böyük uduşlar qazanıldı - MƏBLƏĞLƏR
Bakıda 420 manatlıq lotereya bileti OĞURLANDI
Əli Əsədov qərar imzaladı
Bu şəxslər vergi ödəməyəcək
Lotereyada 560 milyon dollar uduldu
Saxta lotereya ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Azərbaycanda lotereya oyunları dayandırılır
ABŞ-da 521 milyon dollar uduş gətirəcək lotereya bileti satılıb
Televiziya kanalları ilə bağlı xəbərdarlıq
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 