İran İslam Respublikasının Biləsuvar gömrük-keçid məntəqəsində Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında görüş olub.
Dövlət Gömrük Komitəsindən ONN media-ya verilən məlumata görə, tanışlıq xarakterli görüş İran tərəfinin dəvəti əsasında baş tutub.
Azərbaycan Respublikasını Cənub Ərazi Baş Gömrük İdarəsi "Biləsuvar" gömrük postunun rəisi Ceyhun İbrahimovun, İran İslam Respublikasını isə bu ölkənin "Biləsuvar" gömrük-keçid məntəqəsinin rəhbəri Davər Arəngin rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edib.
Görüşdə iki ölkənin dostluq münasibətlərinin son illər səmərəli əməkdaşlıq müstəvisində inkişaf etdiyi, ölkələr arasındakı iqtisadi münasibətlərin gücləndiyi, ticarət dövriyyəsinin artdığı bildirilib. Qeyd olunub ki, hər iki ölkənin strateji baxımdan beynəlxalq ticarət marşrutları üzərində yerləşməsi əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə təkan verir.
Tərəflər beynəlxalq ticarətin asan və sürətli şəkildə aparılmasını, eləcə də nəqliyyat vasitələrinin və şəxslərin gömrük sərhədindən sürətli və maneəsiz keçidini təmin etmək məqsədilə gömrük orqanlarının gördüyü işlərə toxunub və gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.



Gömrük postunda keçid dayandırıldı- DİQQƏT
Azərbaycan və İran arasında sərhəd-keçid məntəqəsi işini davam etdirir - RƏSMİ
Əli Əsədov bu məsələ il ə bağlı qərar imzaladı
Azərbaycan İranla sərhəddi gücləndirdi
Gömrük Komitəsindən İranla sərhəddəki vəziyyətlə bağlı AÇIQLAMA
Naxçıvana gedənlərə İNANILMAZ XƏBƏR: bu gündən etibarən...
Biləsuvar gömrüyündə nəzarət gücləndirildi
İrana getmək istəyənlərə ŞAD XƏBƏR
Sərhəddə nə qədər yük maşını gözləyir?- RƏSMİ
Qırmızı körpüdə son durum necədir?
Azərbaycan və İran rəsmiləri görüşdü
DGK-dən gömrük işçiləri ilə bağlı yayılan videotəsvirlərə MÜNASİBƏT
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 