Paytaxtda yol hərəkətinin təşkilində daha bir yeniliyə imza atılıb.
ONN media Olaylar-a istinadla xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, pilot layihə olaraq A.Bakıxanov və S.Vurğun küçələrinin kəsişməsində ilk sarı kəsişmə toru nişanlanması təşkil edilib.
Sarı kəsişmə torları yol kəsişməsində nəqliyyatın tıxanmasının qarşısını alır və kəsişməni hər zaman nəqliyyat üçün təmiz saxlayır. Nəqliyyat vasitəsi sarı kəsişmə toruna o vaxt daxil ola bilər ki, onun çıxışı açıq olsun və sarı qutunu dayanmadan tərk etmək üçün torun digər tərəfində kifayət qədər yer olsun. Sola dönmə əməliyyatını həyata keçirərkən qarşıdan gələn nəqliyyat vasitəsinə mane olmamaq şərtilə sarı qutunun içərisində dayanmaq olar.
Yəni, kəsişmənin çıxış hissəsində tıxac varsa, sürücünün sarı kəsişmə toruna daxil olması qadağandır.
Onu da qeyd edək ki, mövcud qanunvericilikdə də bu məsələ kifayət qədər aydın şəkildə öz əksini tapıb. Belə ki, Azərbaycan Respublikası Yol hərəkəti haqqında qanununun 75-ci maddəsinin 2-ci bəndinə əsasən, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır. Bundan əlavə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, yolayrıcını keçmə qaydalarının pozulmasına görə altmış manat məbləğində cərimə və üç cərimə balı nəzərdə tutulub.
Lakin təəssüf ki, Bakı şəhərində sürücülər bu qaydaya əməl etmir ki, bu da günün pik saatlarında yol kəsişmələrinin qapanmasına səbəb olur. Torun çəkilməsi insanların yol hərəkəti qaydalarına daha ciddi riayət etməsinə yardım edəcəkdir və məlumatverici xarakter daşıyır. Bakı Nəqliyyat Agentliyinin bu addımı sürücülərin yol kəsişmələrində hərəkət zamanı daha ehtiyatlı və məsuliyyətli davranmalarına xidmət göstərir.



Daha bir küçə kəsişməsinə sarı tor çəkiləcək
DİQQƏT: Bakıda bu kəsişmədə "tora" düşə bilərsiniz
Sürücülərin DİQQƏTİNƏ: bu küçələrdən keçməyin!
Bakıda artıq tıxac olmayacaq- Yeni layihə
Bu gecə "Sarı kəsişmə toru" bu küçələrdə də təşkil ediləcək
Paytaxda daha 74 yol kəsişməsində sarı torlar olacaq
Sürücülərin nəzərinə: İki yeni nişan yaradılır
Bakı yollarında YENİLİK- Cərimə olunacaqsınız
Bakıda daha bir yol kəsişməsinə sarı torlar çəkildi
Bakıda bu yollarda sarı tor çəkilir – ÜNVAN
Bakı yollarında sarı tor müəmması - EKSPERT AYDINLIQ GƏTİRDİ
Sarı torlarla bağlı xəbər var- ARTIQ...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 