Azərbaycan Respublikası və Hindistan Respublikası arasında Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri, Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevin başçılıq etdiyi nümayəndə heyəti Hindistanın Nyu Deli şəhərində səfərdədir.
ONN media xəbər verir ki, səfərin məqsədi 11-12 oktyabr 2018-ci il tarixlərində keçiriləcək Azərbaycan Respublikası və Hindistan Respublikası arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasında iştirak etməkdir.
Səfər çərçivəsində keçirilən görüşlərdə Xarici İşlər, İqtisadiyyat, Energetika, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət, Təhsil, Səhiyyə nazirliklərinin, Azərbaycan Respublikası Dövlət Turizm, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentlikləri, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi", “Azərbaycan Dəmir Yolları", “Azərbaycan Hava Yolları”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndələri də iştirak edir.
İclasda iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlığın statusu nəzərdən keçirilib, ətraf mühitin mühafizəsi, investisiya, nəqliyyat, enerji, maliyyə, mədəniyyət, əczaçılıq, kənd təsərrüfatı, heyvandarlıq, rabitə və informasiya texnologiyaları və dağ-mədən sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Sonda Azərbaycan Respublikası və Hindistan Respublikası arasında Hökumətlərarası Komissiyanın 5-ci iclasının yekunlarına dair Protokol və 2019-2023-cü illər üzrə Mədəni Mübadilə proqramı imzalanıb.



Komissiyanın tərkibində dəyşiklik
İlham Əliyev SƏRƏNCAM İMZALADI
Prezidentdən Pərviz Şahbazovla bağlı yeni QƏRAR
Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyanın tərkibi dəyişdi
Mikayıl Cabbarova yeni VƏZİFƏ VERİLDİ - SƏRƏNCAM
Prezident Mikayıl Cabbarova YENİ VƏZİFƏ VERDİ - SƏRƏNCAM
Prezident Şahin Mustafayevə YENİ VƏZİFƏ verdi
Azərbaycan - Litva Hökumətlərarası Komissiyanın tərkibi təsdiq edildi
Şahin Mustafayevə yeni VƏZİFƏ VERİLDİ - SƏRƏNCAM
İlham Əliyev SƏRƏNCAM İMZALADI
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev sərəncam imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 