Azərbaycan sərhədçiləri Xəzər dənizində İran gəmisinin heyət üzvlərini xilas edib.
ONN media xezerxeber.az -a istinadən xəbər verir ki, Dövlət Dəniz Agentliyindən Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İrana məxsus "Nazmehr" quru yük gəmisində heyət üzvlərinin ilkin fərziyyəyə görə, zəhərlənməsi ilə əlaqədar təxirəsalınmaz köməklik istənilməsi barədə Dövlət Sərhəd Xidmətinin sahil mühafizısinə məlumat daxil olub. Məlumat əsasında sərhəd gözətçi gəmisi dənizdə üzmə şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal həmin istiqamətə göndərilib.
Sərhəd gözətçi gəmisi yük gəmisinə yan alaraq 7 nəfər ağır vəziyyətdə olan heyət üzvünü qəbul edib, ilkin tibbi yardım göstərməklə sahilə, Abşeron limanı istiqamətində hərəkət edib. Xəstələrə təcili tibbi yardımın göstərilməsi üçün limana həkim briqadaları cəlb olunub. Zəhərlənən heyət üzvlərindən 3-ü dünyasını dəyişib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, həmin şəxsləri xəstəxanaya çatdırmaq mümkün olmayıb: "Ölənlərin üçü də İran vətəndaşıdır. Onlardan biri 28, digəri 29, o biri isə 32 yaşında olan kişilərdir".
Bu gün səhər saatlarında gəmidə olan digər 8 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Şöbənin müdiri Azər Maqsudov deyir ki, günün birinci yarısında xəstələr gətirilən zaman ilkin müayinə zamanı 4-nün vəziyyəti ağır, qalanlarının vəziyyəti isə orta ağır vəziyyətdə olub.
Azər Maqsudov "Xəzər Xəbər"ə bildirdi ki, artıq günün ikinci yarısında zəhərlənən şəxslərdən 6 nəfəri buraxılıb, digərlərinin müalicəsi isə davam etdirilir. İlkin ehtimala görə, zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddə olub.
Qeyd edək ki, ölən şəxslərin meyitləri ekspertiza olunması üçün morqdadır.
[embed]https://www.youtube.com/watch?v=o6KBnY5Z448[/embed]



Bakıya gələn gəmidə kütləvi zəhərlənmə oldu
İrana məxsus qayıq Azərbaycan sərhədini pozub, saxlanılanlar var
Xəzərdə azərbaycanlı balıqçılar güllələndi
Dövlət sərhədini pozan İraq vətəndaşı saxlanılıb
Azərbaycanda gəminin 19 heyət üzvü koronavirusa yoluxdu
Xəzərdə sərhədimizi pozmaq istədilər - XƏBƏRDARLIQ ATƏŞİ AÇILDI
Xəzərdə dəhşətli anlar- GƏMİYƏ SU DOLDU
Xəzər dənizində İrandan Azərbaycana narkotik keçirmək istədilər
Bakıda gəmi yanır- Heyət təxliyyə edildi
İran gəmisi Lənkəran sahilində qəzaya uğradı
SON DƏQİQƏ: DSX və DTX əməliyyat keçirdi - saxlanılanlar var
Qara dənizdə yük gəmisi batdı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 