Qış mövsümünün yaxınlaşması bina və fərdi evlərdə tüstü bacalarının təmizlənməsi məsələsini aktuallaşdırır.
ONN media xezerxeber.az -a istinadən xəbər verir ki, əksər fərdi evlərdə bacaların elə ev sahibləri tərəfindən mövsümi təmizliyi aparılsa da, binalardakı mənzillər üçün bu, belə deyil. Çünki çoxmənzilli binalarda tüstü bacaları bir çox hallarda ümumi olduğundan ev sahibləri onları təmizlətməkdə maraqlı olmurlar.
Sakinlər deyirlər ki, əvvəllər yaşayış binalarında tüstü bacaları ərazi üzrə Mənzil-Komunal İstismar Sahəsi tərəfindən təmizlənirdi. Ancaq son vaxtlar paytaxtdakı əksər binalarda bu ənənə demək olar ki, yoxa çıxıb.
Tüstü bacalarının vaxtında təmizlənməməsi isə bir sıra risklər yaradır. Xüsusən qış aylarında təbii qaza tələbat artdığından dəm qazından boğulma halları da çoxalır. Bunların isə başlıca səbəbi tüstü bacalarının vaxtında təmizlənməməsidir.
Mənzil Kommunal-İstismar sahələrindən bildirildi ki, tüstü bacalarının təmizlənməsində bina sakinləri özləri də maraqlı olmalıdır. Onlar ehtiyac olduqda quruma müraciət etməlidirlər. Müraciətdən sonra Mənzil Kommunal-İstismar sahələri təmizlik işlərini aparan şirkətlə müqavilə bağlayır. Müqavilə əsasında həmin şirkətə ödəniş edilir və binaların bacaları təmizlənir.
Qeyd edək ki, mənzil tüstü bacalarının təmizlənməsi üçün mənzil başına adətən 5-10 manat arasında ödəniş alınır.
[embed]https://www.youtube.com/watch?v=8HJ5Q0Aa_IM[/embed]



İstismar müddəti bitmiş binalarda mənzillər niyə bahadır? - AÇIQLAMA
Rusiya səfirliyinin binası üzərində tüstü maraq doğurub
FHN-dən əhaliyə vacib XƏBƏRDARLIQ
Bakı metrosundan gələn kabab iyi...-Rəsmi açıqlama
Bakıda yaşayış binasında güclü yanğın- Sakinlər təxliyyə olundu
FHN-dan əhaliyə XƏBƏRDARLIQ
Bakıda universitetdən tələbələr təxliyə edildi - SON DƏQİQƏ
Bakıda restoranda yanğın olub
Bakıda güclü yanğın başladı
Mənzil sahiblərinə XƏBƏRDARLIQ: bunu etməsələr, 400 manat cərimələnəcəklər
Bakıda 21 ədəd tüstü qumbarası tapılıb
Bu binalarda yaşayanların NƏZƏRİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 