Bakıda parkda tum çırtlayıb qabığını yerə atan şəxs cərimələnib.
ONN media Qafqazinfo-ya istinadən xəbər verir ki, Ülvi Quliyevbildirib ki, noyabrın 10-da saat 23:00 radələrində Səməd Vurğun bağının yaxınlığında dayanacaqda marşrut avtobusu gözləyərkən Post Patrul Xidməti əməkdaşları ona yaxınlaşıblar:
“Mən orda dayanıb 125 nömrəli avtobusu gözləyirdim, “semiçka” çırtlayıb yerə tökürdüm. Yer zibillik idi, siqaret kötükləri ilə dolu idi. Daha sonra bir mülki şəxs həmin yerə gəldi. Məni 22-ci Polis Bölməsinə apardılar. Orada dedilər ki, cəriməni yerində nağd ödə, mən buna etiraz etdim. Protokol tərtib edərək məni İnzibati Xətalar Məcəlləsinin 266-cı maddəsi üzrə 51 manat cərimə etdilər. Qanunda “semiçka” çırtlamağa görə cərimə var?”
Vəkil Vasif İsrafilov açıqlamasında bildirib ki, bu əmələ görə cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulub:
“Məcəllənin 266-cı maddəsində istehsalat və məişət tullantıları haqda qanunvericiliyin pozulması nəzərdə tutulur. Maddənin 3-cü bəndinə görə tullantıların zibil qablarından kənara atılmasına görə 50 manat cərimə nəzərdə tutulub. Yəni, vətəndaş şəhəri çirkləndirdiyi üçün cərimələnib.
Azərbaycanda bu cərimələr digər ölkələrə nisbətən azdır. Məsələn, Malayziyada bir saqqızı yerə atmağın cəzası 1000 dollardır.
Bizdə şəhəri zibilləməyə görə sürücülər də cərimə olunur. Yol hərəkəti haqda qanunun 327.1-ci maddəsinə görə maşın idarə edərkən küçəyə adi siqaret və ya digər zibil atmağa görə 40 manat cərimə müəyyən olunub”.
Şikayətçi Ü.Quliyev bildirib ki, tum yeyərkən yanında dayanan və yeri zibilləyən tanımadığı başqa bir şəxs də onunla birgə polis bölməsinə aparılıb və cərimələnib.



Bu şəxslərin NƏZƏRİNƏ- CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ
Həmin gün cəriməsini ödəməyən şəxs bölməyə aparıla bilərmi?
Sürücülərə ŞAD XƏBƏR: Bu qaydaların pozulmasına görə cərimə ləğv edilir
Maaş, pensiya, əmlaka həbs... - Karantin cərimələri TUTULMAĞA BAŞLANDI
Diqqət- Bunu edənlər 200 manat cərimələnəcək
Polis ziyarətgaha toplaşanları saxladı - 19 nəfər CƏZA ALDI
FHN BDU-nu niyə məhkəməyə verdi?
ŞAD XƏBƏR - Bu CƏRİMƏLƏR LƏĞV EDİLİR
Bu şəxslər 5 min manat cərimələnəcək
Maska taxılmamasına görə cərimələr qüvvəyə mindi
1150 nəfərin Azərbaycana girişinə qadağa!
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 