Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmov mətbuatda barəsində yazılanlara münasibət bildirib.
ONN media Azxeber.com-a istinadla xəbər verir ki, A.Məhərrəmov jurnalistlərə açıqlamasında deyib ki, yazılanlar həqiqəti əks etdirmir.
O qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamı müzakirə olunmur, icra olunur: "Prezident sərəncamla kimisə vəzifəyə təyin edir, vəzifədən azad edir və s. Bu, təbii qəbul olunmalıdır. Mən 1969-cu ildən Heydər Əliyevçi olmuşam. Bu gün də dövlətçiliyə xidmət edirəm. Mən İlham Əliyev siyasətinə xidmət edən adamam. Həyatda hər şey ola bilir. Əfsuslar olsun ki, bəzi mətbuat orqanları mənim Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunmamı şouya çevirmək istəyirlər, bu da düzgün deyil. Ziyalılığı, milli mentalitetimizi qorumaq lazımdır. Elm zirvəsinə qalxan adamlara dəyər vermək lazımdır. Mediaya üzümü tutaraq deyirəm: Bu şoulardan əl çəkin! Bunun heç kəsə xeyri yoxdur. Bu, milləti geri çəkmək deməkdir. Allah Prezidentimizin canını sağ eləsin. O, hər şeyə düzgün qərar verir, ona görə də sərəncamı doğru qəbul edirəm. 20 ilə yaxın idi ki, Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışmışam. Bu müddətdə şərəflə, ləyaqətlə işləmişəm. Amma indi məsləhət oldu ki, bir qədər də istirahət edim”.
Sabiq rektor oğlu, Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov barəsində yazılanlara da münasibət bildirib: "Oğlum da mənim kimi Heydər Əliyev siyasi kursuna sədaqətlə xidmət edən adamdır. Sona qədər də belə olacaq”.
Qeyd edək ki, bu gün A.Məhərrəmov Yeni Azərbaycan Partiyasının yaranmasının 26-cı ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edib.



Abel Məhərrəmov xəstəxanaya yerləşdirildi - YENİLƏNİB
İlham Əliyev Abel Məhərrəmov və yeni rektorla ƏL-ƏLƏ - FOTO
Prezidentdən Abel Məhərrəmovun oğlu ilə bağlı SƏRƏNCAM
İlham Əliyev Abel Məhərrəmovun oğlunu İŞDƏN ÇIXARDI
Abel Məhərrəmovla bağlı XƏBƏR VAR
Abel Məhərrəmov oğlunun işdən çıxarılmasından DANIŞDI
SON DƏQİQƏ: Abel Məhərrəmov köhnə işinə qayıtdı
Yeni rektor kollektivə təqdim olundu
Prezident Abel Məhərrəmovla bağlı SƏRƏNCAM VERDİ
Abel Məhərrəmovun bacısından SƏRT AÇIQLAMA: “Adamı toya çağıranda gedərlər!”
Prezident bu universitetə yeni rektor təyin etdi
Prezident Nurlana Əliyevanı işdən çıxardı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 