ONN İnformasiya Agentliyi

Azərbaycanda nazir, deputat və başçıların maaşları – SİYAHI

Azərbaycanda nazir, deputat və başçıların maaşları – SİYAHI
24-11-2018, 18:09


Azərbaycanda dövlət orqanlarının rəhbərlərinin aylıq əmək haqqı Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı «Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında» sərəncamı ilə müəyyən olunub. İndiyədək sərəncama və məbləğlərə bəzi dəyişikliklər edilib. Həmçinin, Milli Məclis üzvlərinin maaşlarında bu ilin may ayında artımlar olub.

ONN media axar.az -a istinadən Milli Məclis üzvləri, dövlət orqanlarının rəhbər işçilərinin aylıq vəzifə maaşlarını təqdim edir:

Milli Məclisin sədri – 2475 manat (ezamiyyətə və səfərlərə görə 3712,5 manat);

Spikerin birinci müavini – 2227 manat (ezamiyyətə və səfərlərə görə 3340,5 manat);

Spikerin müavinləri – 2103 manat (ezamiyyətə və səfərlərə görə 3154,5 manat);

Komitə sədrləri – 1980 manat (ezamiyyətə və səfərlərə görə 2970 manat);

Komitə sədrlərinin müavinləri – 1856 (ezamiyyətə və səfərlərə görə 2784 manat);

Deputatlar – 1732 manat (ezamiyyətə və səfərlərə görə 2598 manat);

Baş nazir – 2460 manat

Baş nazirin birinci müavini – 2160 manat

Baş nazirin müavinləri – 2060 manat

Nazir, komitə sədrləri, xidmət rəisləri – 1925 manat

Digər mərkəzi icra hakimiyyəti orqanı və ona bərabər tutulan vəzifə rəhbərləri – 1595 manat

Nazir, komitə sədrləri, xidmət rəislərinin birinci müavinləri – 1375 manat

Nazir, komitə sədri, xidmət rəislərinin müavinləri, digər mərkəzi icra orqanı rəhbərlərinin birinci müavinləri – 1280 manat

Digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanın rəhbərinin müavinləri – 1155 manat

Bakı meri – 1925 manat

Gəncə və Sumqayıt meri – 1280 manat

Digər icra başçıları:

əhalinin sayı 100 mindən çox alan rayon başçısı – 1045 manat

əhalinin sayı 100 minə qədər olan rayon başçısı – 990 manat

əhalinin sayı 50 minə qədər olan rayon başçısı – 880 manat

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png