Gələn həftə – iyulun 15-də Azərbaycan Milli Məclisinin deputatları tətilə çıxacaqlar.
ONN media xəbər verir ki, parlament üzvləri avqustun 30-dək istirahətdə olacaqlar. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, qanunverici orqanın payız sessiyası sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir. Sentyabrın 15-dən isə MM-in komitələri fəaliyyətə başlayır. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödəniləcək. Belə ki, “Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin Sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır. Parlament Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2 227,5 manat), Milli Məclis Sədrinin müavini - 85 faizi (2 103,75 manat), qanunverici orqanın komitə və komissiya sədri - 80 faizi (1 980 manat), parlamentin komissiya sədrinin müavini - 75 faizi (1 856,25 manat), Milli Məclisin deputatı isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır. Parlamentin bir qrup deputatının növbədənkənar sessiyanın çağrılması təşəbbüsü ilə çıxış etdiyini də nəzərə alsaq, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.Deputatlar bu tarixdən tətilə çıxır



Deputatların maaşları artırıldı
Deputatların maaşları ilə bağlı RƏSMİ AÇIQLAMA
Deputatların maaşı artırılacaq? - Açıqlama
Deputatların maaşı ARTDI
Deputatlar nə qədər qazanır? – MAAŞ, MÜAVİNƏT VƏ GÜZƏŞTLƏR
ŞAD XƏBƏR- Bu şəxslərin maaşları artırıldı
Bu şəxslərin maaşı artırıldı
Həbs edilən deputata BU QƏDƏR MAAŞ VERİLƏCƏK - RƏSMİ
Ali Məhkəmənin sədrinin maaşı nə qədərdir?
Bu şəxslər 2475 manat MAAŞ ALACAQ
Millət vəkillərinin maaşı artırıldı
Milli Məclisin payız sessiyası başa çatdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 