Bir sıra media orqanlarında yanvarın 1-dən millət vəkillərinin maaşlarının iki dəfəyə qədər qaldırılmasına dair xəbərlər yayılıb. ONN media bildirir ki. Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Teleqraf.com-a açıqlamasında deputatların maaşının iki dəfəyə qədər artırılması xəbərini təkzib edərək, yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib. Qeyd edək ki, ötən il “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik edilib. Qanunun 21-ci (Deputatın maddi təminatı) maddəsinə əsasən, Milli Məclisin sədri 2475 manat, sədrin I müavini 2227 manat, Milli Məclis sədrinin müavini 2103, Milli Məclisin komitə sədri 1980, komitə sədrinin müavini 1 856 manat, sıravi deputat isə 1732 manat maaş alır. Xatırladaq ki, Milli Məclisin sədri onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı da alırlar. Nəticədə parlamentin sədri 3 min 712 manat 50 qəpik, sədrin I müavini 3 min 340 manat 50 qəpik, Milli Məclis sədrinin müavini 3 min 154 manat 50 qəpik, Milli Məclisin komitə sədri 2 min 970 manat, komitə sədrinin müavini 2 min 784 manat, sıravi deputat isə 2 min 598 manat maaş alır.
Deputatların maaşı artırılacaq? - Açıqlama



Deputatların maaşları artırıldı
Deputatların maaşları ilə bağlı RƏSMİ AÇIQLAMA
Deputatların maaşı ARTDI
Millət vəkillərinin maaşı artırıldı
Deputatlar bu tarixdən tətilə çıxır
Bu deputatlara maşın verilir - Siyahı
Deputatların maaşı artırılıb?
Deputatlar nə qədər qazanır? – MAAŞ, MÜAVİNƏT VƏ GÜZƏŞTLƏR
Parlamentin komitə sədrləri xidməti avtomobillərlə təmin edildi
MM sədrinin müavinləri onlar oldu - Adlar
Milli Məclisə yeni sədr seçiləcək
Yalnız bu komitədə müavin yoxdur?.. – Rəsmi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 