Vergi orqanlarının vəzifəli şəxsləri əsas məzuniyyətə çıxarkən onlara ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödəniləcək.
ONN media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda öz əksini tapıb. Dəyişikliyə əsasən, vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay aşağıda göstərilən məbləğdə əlavə haqq ödəniləcək: 1 ildən 5 ilədək – vəzifə maaşının 5 faizi məbləğində; 5 ildən 10 ilədək – vəzifə maaşının 10 faizi məbləğində; 10 ildən 15 ilədək – vəzifə maaşının 20 faizi məbləğində; 15 ildən yuxarı – vəzifə maaşının 30 faizi məbləğində. Qeyd edək ki, indiyədək vergi orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına bu orqanlarda xidmət illərinə görə aşağıda göstərilən miqdarda əlavələr müəyyən edilirdi: 1 ildən 5 ilədək – 21 manat miqdarında; 5 ildən 10 ilədək – 24 manat miqdarında; 10 ildən 15 ilədək – 27 manat miqdarında; 15 ildən 20 ilədək – 30 manat miqdarında; 20 ildən 25 ilədək – 39 manat miqdarında; 25 ildən 30 ilədək – 45 manat miqdarında; 30 ildən yuxarı – 60 manat miqdarında. Bu Qanun 2020-ci il yanvarın 1-dən tətbiq edilir.Bu şəxslərə məzuniyyət vaxtı müavinət veriləcək



Deputatların maaşları artırıldı
"Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin attestasiyası Qaydası" təsdiqləndi
Ali Məhkəmənin sədrinin maaşı nə qədərdir?
ŞAD XƏBƏR- Bu şəxslərin maaşları artırıldı
Bu şəxslər 2475 manat MAAŞ ALACAQ
Deputatlar bu tarixdən tətilə çıxır
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
Deputatların maaşları ilə bağlı RƏSMİ AÇIQLAMA
Səbinə Əliyevanın maaşı artırıldı
DİQQƏT: Bu şəxslərin maaşı artdı
Peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərinin maaşları açıqlandı
Dövlət qulluqçuları nə qədər maaş alır?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 