Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin Azərbaycandan çıxışına qadağa qoyulub.
ONN media modern.az-a istinadən xəbər verir ki, buna səbəb kimi F.Abdullazadənin külli miqdarda pul mənimsəməsi faktı göstərilir.
Qeyd edək ki, bir müddət öncə F. Abullazadənin keçmiş vergilər naziri Fazil Məmmədova 1 milyon dollar borcunun olduğu barədə məlumat yayılmışdı. Həmin məlumatda bildirilirdi ki, F.Abdullazadə Administrasiyada işlədiyi vaxtlarda F.Məmmədovdan (onda vergilər naziri idi) 1 milyon dollar borc alıb və bu günə kimi də həmin borcu qaytarmayıb.
Hətta F.Abdullazadə vəzifəsindən uzaqlaşdırılandan sonra F. Məmmədov nazir olmağına baxmayaraq borcunu geri ala bilməyib. F.Abdullazadənin “imkanım yoxdur” deyərək borcunu qaytarmaqdan imtina etdiyi bildirilir.
Belə görünür ki, vəzifədən uzaqlaşdırılan F. Abdullazadədən borcunu geri ala bilməyəcəyini sabiq nazir artıq gözə alıb və məhkəməyə də müraciət etməyib.
Fatma Abdullazadə 1993-cü ildən 2017-ci ilin iyununa kimi Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsini tuturdu.
Fizika-riyaziyyat elmləri doktoru olan xanım Abdullazadə 1993-2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri vəzifələrində çalışıb.
Azərbaycan Prezidentinin 19 iyul 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi.



Fatma Abdullazadənin ölkədən çıxışına QADAĞA QOYULDU
Baş Prokurorluqdan Fatma Abdullazadə açıqlaması
Bu ölkə Azərbaycana 170 milyon avro borcunu ödəyəcək
Mətanət Əsədovanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün intihar edən əsgərimizin görüntüləri yayıldl
“Səhhətim normaldı”- FAZİL MƏMMƏDOVDAN AÇIQLAMA
Əbülfəz Qarayevin ölkədən çıxışına qadağa qoyulub?
Sabiq deputatın borclarının siyahısı açıqlandı
Zakir Qaralovun ölkədən çıxışına qadağa qoyuldu?- Rəsmi
Boş qalan yüksək dövlət vəzifələri – Siyahı
Fazil Məmmədov dəfn edildi
Fazil Məmmədovun səhhəti pisləşdi – Xəstəxanaya yerləşdirilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 