Milli Məclisin bu gün keçirilən iclasında "Dərman vasitələri haqqında" qanuna dəyişiklik layihəsi geniş müzakirələrə səbəb olub.
ONN media Olaylar-a istinadla xəbər verir ki, qanun layihəsi ətrafında çıxış edən deputat Tahir Kərimli sənəddə "effektiv" sözünün "səmərəli" sözü ilə əvəzlənməsini istəyib: "Biz gəlin, dilimizə hörmət edək. Əgər biz özümüz özümüzə hörmət etməsək, heç kim bizə hörmət etməyəcək. Bu dil bizə ata-babalarımızdan qalıb. Biz də bu dilin saflığının qorunması üçün əlimizdən gələni etməliyik. Təklif edirəm ki, parlamentdə dil monitorinq mərkəzi yaradılsın. Qanun layihələri cənab prezidentə təqdim olunmazdan əvvəl həmin mərkəzdə baxılsın". Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev isə deputatın çıxışına münasibət bildirib:"Tahir müəllim, burada nəzərdə tutulan "effektiv" sözü tibbi bir anlayışdır".
Daha sonra isə çıxış edən spiker Oqtay Əsədov deyib ki, deyəsən, dərmanın dozası çox olub. "Qanun layihəsinin mahiyyəti qalıb bir kənarda, hamı dilin qorunmasından danışır. Birincisi, biz dilimizi qorumalıyıq. Bu, ən vacib məsələdir. Mən və parlament rəhbərliyi də dilin qorunmasının tərəfdarıyıq. Dilin qorunması ilə hər hansı monitorinq qrupunun yaradılmasına ehtiyac yoxdur.
Biz özümüz bununla məşğul oluruq. Bu məsələ ilə gələcəkdə də məşğul olmaq lazımdır. Amma xahiş edirəm, gündəliklə bağlı məsələlərə münasibət bildirək". Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov əlavə edib ki, dərmanlarla bağlı terminləri hər gün Azərbaycan dilinə tərcümə etməyə çalışsaq bizim işimiz çətin olar: "Ona görə də bizi başa düşmək lazımdır. "Effektiv" sözü dərmanın insan orqanizminə necə təsir etməsinə aiddir".
Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov da deputat Tahir Kərimlinin dilçiliklə bağlı qaldırdığı məsələyə reaksiya verib. O deyib ki, dilin qorunması ilə bağlı qaldırılan fikirlə hamı razıdır: "Biz dilimizi ana südü kimi qorumalıyıq".



Milli Məclisin iclası başladı
Milli Məclisdə 6 layihə qəbul edilmədi
Parlamentin iclası başladı
Milli Məclisin iclası başladı
Oqtay Əsədov iclaslara niyə gəlmir?
Tahir Kərimli 10 dəqiqəlik səs yazısından danışdı
Milli Məclisdə xeyli qanun layihəsi yarımçıq qalıb – SİYAHI
Zeynəb Xanlarova Rasim Balayevin müdafiəsinə qalxdı: “Desəm öldürərlər, deməsəm ölləm!”
Bu deputatlara maşın verilir - Siyahı
Azərbaycanda meyitdən bu orqanın götürülməsi rəsmiləşir
4 partiya sədrinə vəzifə verildi
Milli Məclisin iclası başladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 