Paytaxtın Yasamal rayonu, Nizami küçəsi 1 ünvanında yerləşən məşhur “Nizami Palace” (keçmiş “Safir Palace”) iş mərkəzinin söküləcəyi ilə bağlı məlumat yayılıb.
ONN media oxu.az -a istinadən xəbər verir ki, bu barədə BakuPost-a iş mərkəzində ofis icarə edən şirkətlərdən məlumat daxil olub.
Bildirilir ki, binada çoxsaylı çatlar yaranıb, təhlükənin artdığı üçün gələn ilin aprelinə qədər iş mərkəzini tərk etməlidirlər. Eyni zamanda nəzərə çatdırılıb ki, apreldə iş mərkəzinin tamamilə sökülməsinə başlanaсaq, yerində isə yaşayış binası tikiləcək.
Nəşr qeyd edir ki, həmin ərazi sürüşmə zonasında yerləşir. Nərimanov heykəlinin ətrafında yerləşən bu ərazi 2002-ci ildən sürüşmə zonası kimi qeydə alınıb.
İş mərkəzinin meneceri Səbinə Zeynalova bildirib ki, həqiqətən şirkətlərə aprel ayına qədər iş mərkəzini tərk etməli olacaqlar:
“Çünki iş mərkəzi gələn ilin aprelində rekonstruksiya məqsədi ilə fəaliyyətini dayandıracaq. Yenidənqurma işlərindən sonra isə yaşayış binası kimi istifadəyə veriləcək”.
S. Zeynalova “Nizami Palace”də çoxsaylı çatlar yarandığını təkzib edib.



Bakının bu ərazisindən sakinlər köçürüləcək
Badamdarda vəziyyət necədir?- AÇIQLAMA
Bu binada evi olanların NƏZƏRİNƏ
Bayılda növbəti TƏHLÜKƏ
Bayramda qurbanlıq heyvanların kəsim yerləri - AÇIQLANDI
Məşhur restoran sökülür
Bakının bu rayonunda yaşayış binaları sökülür
Yanan “Diqlas”ın yerində nə tikiləcək?
Bakıda bu ünvanlarda yerləşən binalar söküləcək - SİYAHI
Bakıda böyük söküntü: əhaliyə pul verilir
Bakının mərkəzində ticarət obyektlərində baş verən güclü yanğın söndürüldü (YENİLƏNİR)
Bakıda bu binanın söküntüsünə başlanılıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 