Azərbaycanda yeni ulduz təsnifatlaşdırma sistemi tətbiq edildikdən sonra hotellərə gizli müştərilər göndəriləcək.
ONN media Trend-ə istinadla xəbər verir ki, bunu Azərbaycan Hotel Assosiasiyasının (AHA) Baş icraçı direktoru Günay Sağlam deyib.
Baş icraçı direktorun sözlərinə görə, hotellərə verilən ulduzlar 4 il qüvvədə olacaq. Buna görə də ulduz təsnifatlaşdırılması 4 ildən bir keçiriləcək.
AHA rəsmisi əlavə edib ki, ulduz veriləndən 2 il sonra gizli müştəri hoteli ziyarət edəcək və bununla da mehmanxananın həmin ulduza uyğun xidmət göstərib-göstərmədiyi müəyyənləşəcək.
G.Sağlam qeyd edib ki, təsnifatlaşdırılma ilə bağlı hotel sahiblərinə əvvəlcədən məlumatlar veriləcək:
"Bununla bağlı internet saytda məlumatlar yerləşdirəcəyik. Hotelçilər sayta daxil olaraq, təsnifatlaşdırma zamanı hansı kriteriyalara diqqət yetiriləcəyini oxuyub prosesə daha yaxşı hazırlaşa biləcəklər. Ona görə də, məncə, hotellər üçün bu proses çətin olmayacaq".
Assosiasiyanın Baş icraçı direktoru bildirib ki, hotellər köhnə sistemlə aldıqları ulduzları dəyişməlidirlər.
O, ulduz təsnifatlaşdırma sisteminin gələn ilin sentyabr-dekabr aylarından başlanılacağını da söyləyib: "Biz milli ulduz sistemini yaradırıq. Biz bununla bağlı Avropa təcrübəsini əsas götürmüşük".
G.Sağlam əlavə edib ki, ulduz təsnifatlaşdırılmasından keçməyən hotellərə bu prosesdən təkrar keçmək üçün vaxt veriləcək:
"Bizim əsas işimiz hotelləri qorxutmaq deyil, onlara dəstək verməkdir. Marketinq məqsədilə həyata keçirilən ulduzalma prosesi hotellərin regional, dünya miqyasında tanınmasına xidmət edəcək".



Azərbaycanda hotellərlə bağlı yeni tələb
Azərbaycanda 17 hotelə ilk milli və beynəlxalq sertifikat təqdim edilir
Azərbaycanda hotellər COP29-a hazırdır? - Rəsmi CAVAB
Karantində olan şəxslərin saxlanıldığı yerlər haradır?
Avtomobillərlə bağlı daha bir YENİLİK
Otellər bağlanır?- AÇIQLMA
Türkiyədə hotel qiymətləri ucuzlaşacaq - RƏSMİ AÇIQLAMA
Azərbaycanda daha bir YENİLİK
Sürücülük etibarnaməsi ilə bağlı MÜHÜM YENİLİK
Ağdamda daha bir mehmanxananın təməli qoyuldu
Xaricə səfər üçün peyvəndlə bağlı sənəd tələb ediləcək? – RƏSMİ CAVAB
Yüzlərlə müştərisi olan hoteldə koronavirus aşkarlandı- NAZİRLİKDƏN TƏLİMAT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 