2018-ci ilin dekabr ayının 4-də Strasburqda Avropa Şurasının insan hüquqlarının qorunması və ədalət mühakiməsi sahəsində ixtisaslaşan ən mötəbər qurumlarından olan Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Prezidenti vəzifəsinə seçkilər keçirilib.
ONN media Publika-ya istinadla xəbər verir ki, Avropa Şurasının 47 üzv dövlətinin nümayəndəsi tərəfindən gizli səsvermə yolu ilə aparılan seçkilərdə Azərbaycanın təmsilçisi hakim Ramin Qurbanov Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Prezidenti seçilib.
Adətən Qərbi Avropa ölkələri nümayəndələrinin rəhbərlik etdiyi Komissiyada Avropa Şurasının tarixində ilk dəfə olaraq Azərbaycan təmsilçisinin belə yüksək vəzifəyə seçilməsi əlamətdar bir hadisədir və Avropada mövcud ənənəvi yanaşmaları tamamilə dəyişib. Məlumat üçün bildirilir ki, əvvəlki prezidentlər Qərbi Avropa ölkələrinin - Almaniya, İtaliya, İngiltərə və Avstriyanın nümayəndələri olublar.
Ramin Qurbanov 2005-ci ildən Azərbaycanın nümayəndəsi olaraq həmin beynəlxalq qurumda müxtəlif məsul vəzifələrdə çalışıb. O, Avropa məhkəmə sistemlərinin qiymətləndirilməsi üzrə Komitənin altı ekspertindən biri, Büronun üzvü, sonradan həmin Komissiyanın vitse-prezidenti, habelə Avropa Şurasının İsveçrə, Estoniya, Gürcüstan, Kipr, Slovakiya, Litva, Makedoniya, Moldovaya təşkil edilən monitorinq qruplarının üzvü və rəhbəri olub.
Eyni zamanda, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) plenar iclasında ali idaretmə orqanı olan Büronun digər üzvləri – Vitse-prezident və iki üzv Fransadan xanım Laetitia Brunin və Maltadan Françesko Depaskuel seçiliblər.
Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) Avropa Şurasının 47 üzv dövlətinin başçılarının təşəbbüsü ilə yaradılmış və onun əsas məqsədi Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinin icrasının daha səmərəli təmin edilməsi və Avropa ölkələrində məhkəmə sistemi, ədliyyə və prokurorluq orqanları, habelə vəkillik institutunun səmərəliliyinin artırılmasından ibarətdir.



Səməd Seyidova YENİ VƏZİFƏ verildi
Avropa Şurasının yeni baş katibi seçildi
Nazir bir sıra beynəlxalq görüşlər keçirdi
İlham Əliyevlə Şarl Mişel arasında təkbətək görüş keçirildi VİDEO - YENİLƏNDİ
Azərbaycan Prezidenti Donald Tuskla görüşdü
Prezident Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi
Zelenskidən AB-yə üzvlüklə bağlı açıqlama
Avropa Şurasının sədri Ermənistana getdi
Məryəm Qafarzadəyə vəzifə verildi
Avropa hava məkanını Rusiyaya bağladı
XİN-dən ermənilərə CAVAB: "Dəfələrlə..."
Avropa Məhkəməsində bir ilk
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 