Deputatlar Gürcüstan-Ermənistan münasibətlərinin yaxınlaşması və bu iki ölkə arasında imzalanan sənədlərə sərt reaksiya verib.
ONNmedia xəbər verir ki, Milli Məclisin plenar iclasında çıxış edən Fərəc Quliyev və Qüdrət Həsənquliyev bir neçə gün öncə Gürcüstanla Ermənistan arasında Abxaziyadan dəmiryol xəttinin çəkilməsi barədə imzalanan sazişi Gürcüstan-Azərbaycan strateji müttəfiqliyinə xəyanət kimi dəyərləndirib.
Deputatlar yaranmış vəziyətlə bağlı Gürcüstan tərəfinə sərt reaksiya verməyi tələb edib. Gürcüstanın Azərbaycandakı səfirini XİN-ə dəvət edib vəziyyətlə bağlı rəsmi etiraz onun diqqətinə çatdırılmasını tələb ediblər.
Deputat Rasim Musabəyov da məsələdən narahatlığını dilə gətirərək, bu sazişi Gürcüstan-Azərbaycan ittifaqının pozulmasına yönələn addım kimi dəyərləndirib. O, hesabb edir ki, Gürcüstanla Ermənistan arasında belə bir sənəd imzalansa da, bu reallığa çevrilməyəcək və kağız üzərində qalacaq. Bununla belə R.Musabəyov hesab edir ki, Azərbaycan öz narahatlığını müttəfiqi hesab etdiyi Gürcüstanın diqqətinə çatdırmalıdır.
Milli Məclisin sədri Oqtay Əsədov məsələyə reaksiya verərək bildirib ki, bu saziş hətta gürcü politoloqlar tərəfindən də kəskin etiraza səbəb olub və bunu pisləyiblər. Onlar bu sazişi Azərbaycan-Gürcüstan strateji müttəfiqliyinə xələl gətirən amil kimi dəyərləndiriblər: “Ona görə də hesab etmirəm ki, Gürcüstan Azərbaycanla bağlı strateji müttəfiqliyə arxa çevirsin və bu mümkün deyil”.
O əlavə edib ki, bu məsələni Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupu araşdırsın və məsələni müzakirə etsinlər.



Gürcüstan bu razılaşmaya reaksiya verdi
Ermənistan parlamenti 10 noyabr bəyanatını müzakirədən İMTİNA ETDİ
Azərbaycan və Gürcüstan arasında yeni sənədlər hazırlanır
Gürcüstan-Ermənistan sərhəddi bağlanır
Azərbaycan XİN Gürcüstanı təbrik edib
Bayramov Qaribaşvili ilə görüşdü
ABŞ və Gürcüstan arasında 10 illik saziş...
Gürcüstan Azərbaycanla sərhədləri aça bilər
DİN-dən aksiya keçirmək istəyənlərə SƏRT XƏBƏRDARLIQ
Gürcüstan Ermənistanla sərhədləri BAĞLADI - Giriş-çıxış QADAĞAN EDİLDİ
Parlamentdə dava düşdü- SƏBƏB?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 