Bu gün Bakıda “Yaşıl gələcək üçün innovasiyalar” mövzusunda beynəlxalq forum öz işinə başlayıb.
ONN media Oxu.az-a istinadla xəbər verir ki, ADA-da keçirilən foruma Heydər Əliyev Fondunun prezidenti Leyla Əliyeva da qatılıb.
Qonaqları salamlayan ADA-nın rektoru Hafiz Paşayev bildirib ki, universitet lazım olan enerjinin 50 faizini geotermal üsulla alır. Ağıllı texnologiyalardan istifadə etmək imkanlarını daim genişləndirməyə çalışır.
Kənd təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, 2050-ci ildə dünya əhalisinin sayı 9.2 milyard nəfərə çatacaq. Ona görə də ərzaq təminatını 60 faiz artırmaq lazımdır.
Nazirin sözlərinə görə, iqlim dəyişikliyi, gübrələrin və pestisidlərin torpağa vurduğu zərər aradan qaldırılmalıdır. Bu ilin doqquz ayında kənd təsərrüfatı məhsulları 4,3 faiz artıb:
“Münbit torpağımız və şirin su ehtiyatlarımız məhduddur və biz bundan səmərəli istifadə edərək gələcək təminatımızı qurmalıyıq.
Aqrar sektorda innovasiyaların tətbiq edilməsi keyfiyyətli ərzaq məhsullarının istehsal edilməsi, ekosistemin qorunması, maliyyə xərcləri azalır, daha çox məhsul götürülür. Mobil təhlillər göstərir ki, bu sahənin gəlirliliyi 50 milyard manatdan yüksəkdir”.
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemir isə yaxın gələcəkdə dünyada şirin su və ərzaq savaşı başlanacağını anons edib:
“Çünki sənayeləşmə güclü şəkildə irəliləyir, kənddən şəhərə axın güclənir. Gələcək 10 ildə ağıllı texnologiyaların sürətli inkişafının şahidi olacağıq. Ancaq kənd təsərrüfatı sektoru prioritet olaraq qalacaq. Nə qədər “big data” önəmli olacaqsa, yenə də ilk beşlikdə qida və kənd təsərrüfatı şirkəti yer tutacaq. Amma hamı təsdiqləyir ki, dünyanı doyduran dünyanın lideri olacaq”.
Türkiyəli nazir bildirib ki, Azərbaycan prezidenti ilə görüşündə də planlamanı qurmaqla bağlı məsələlərə toxunublar. Nazir vurğulayıb ki, bütün məhsulları enerjinin alınmasında istifadə etmək lazımdır.
Qeyd edək ki, Azərbaycanın bərpaolunan enerji imkanları böyükdür və hazırda Böyük Şor gölündə üzən günəş paneli tikilir.



Nazirdən AÇIQLAMA- “Ərzaq məhsulları 50 faiz ucuzlaşacaq”
İnam Kərimova yeni VƏZİFƏ VERİLDİ
Dünyanın 15 ölkəsinin 35 mütəxəssisi Bakıda bir araya gələcək
Leyla Əliyevanın doğum günüdür
Azərbaycanda əhalinin sayı ARTIB
Leyla Əliyeva Azərbaycan xalqını təbrik edib
Leyla Əliyeva uşaq sığınacağında olub
Mehriban Əliyeva qızını TƏBRİK ETDİ
Leyla Əliyeva onkologiya mərkəzindən paylaşım etdi
Sabah Bakıda Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı Biznes Forumu keçiriləcək
Azərbaycanda aqrar texnologiyalar və yaşıl enerji üzrə Beynəlxalq Forum keçiriləcək
Azərbaycan əhalisinin sayı açıqlandı
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 