ONN İnformasiya Agentliyi

Azərbaycanda enerji sektoru ilə bağlı yeni qanun hazırlanır - Nazir açıqladı

Azərbaycanda enerji sektoru ilə bağlı yeni qanun hazırlanır - Nazir açıqladı
10-12-2018, 12:15


“2040-cı ilə kimi dünyada elektrik enerjisi sektorundakı investisiyaların 2/3-nin bərpaolunan enerji mənbələrinin payına düşəcək”.

ONN media xəbər verir ki, bunu bu gün Bakıda aqrar və yaşıl texnologiyalar mövzusunda keçirilən “AgTech and Green Energy” Beynəlxalq Forumunda energetika naziri Pərviz Şahbazov deyib.

“Enerji tələbatındakı artımın 40 faizinin bu mənbələr hesabına ödəniləcəyi gözlənilir”, deyə, o bildirib.

Nazir qeyd edib ki, Azərbaycanda enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında qanun layihəsi də hazırlanır.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png