“AgTech and Green Energy” Beynəlxalq Forumunda 15-ə yaxın ölkədən 35 xarici mütəxəssis iştirak edəcək
Kənd Təsərrüfatı Nazirliyindən ONN media -ya verilən məlumata görə, Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda Beynəlxalq Forum keçiriləcək. Dünyanın 15-ə yaxın ölkəsindən 35 xarici mütəxəssisi bir araya toplayacaq forum Kənd Təsərrüfatı Nazirliyi və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
“Yaşıl gələcək üçün innovasiyalar” şüarı altında keçiriləcək Beynəlxalq Forumun 10-11 dekabr 2018-ci il tarixlərində ADA Universitetində keçirilməsi planlaşdırılır.
“AgTech and Green Energy” Forumunun əsas məqsədləri ölkəmizdə kənd təsərrüfatı və enerji sektorlarında innovativ inkişafa nail olmaq, bu istiqamətdə innovasiya şirkətləri, startaplar və digər maraqlı tərəflər arasında güclü işguzar əlaqələr və dayanıqlı biznes modellər qurmaqdır.
Forumda ABŞ, Türkiyə, İsrail, Rusiya, Niderland, Ukrayna və bir çox ölkələrdən olan sahibkarlar, vençur kapitalistlər, elm xadimləri, startap şirkətləri və aparıcı texnologiya şirkətlərinin nümayəndələri çıxış edəcəklər.
Forumun aşağıdakı panellər üzrə keçirilməsi planlaşdırılır:
* Energetika və aqrar texnologiyaların gələcəyi;
* Aqrar və yaşıl enerji üçün texnologiyalar;
* Aqrar və energetika texnologiyaları üzrə Akademiya;
* Siyasətin təsiri;
* Yeni innovativ ekosistemlər;
* Fermerlər üçün seksiya;
* Aqrar sahə və energetika üçün biznes: AgTech sessiyası;
* Aqrar sahə və energetika üçün biznes: Green Energy sessiyası;
* Startap və İnnovasiya Ekosistemi Seminarı.
Forumda iştirakla bağlı qeydiyyatdan keçmək üçün müraciətlər 05 dekabr 2018-ci il tarixinədək tədbirin rəsmi saytına (http://agtech.az/) göndərilməlidir. Forumla bağlı daha ətraflı məlumatı www.agtech.az internet səhifəsindən və tədbirin sosial şəbəkələrdəki səhifəsindən (https://www.facebook.com/AgTech.az/) əldə etmək olar.



Dünyanın 15 ölkəsinin 35 mütəxəssisi Bakıda bir araya gələcək
Azərbaycanda aqrar texnologiyalar və yaşıl enerji üzrə Beynəlxalq Forum keçiriləcək
Böyük günə SON 5 GÜN
Nazirdən AÇIQLAMA- “Ərzaq məhsulları 50 faiz ucuzlaşacaq”
Azərbaycanda enerji sektoru ilə bağlı yeni qanun hazırlanır - Nazir açıqladı
Azərbaycanla Türkiyə arasında Kənd Təsərrüfatı Sığortası üzrə Əməkdaşlıq Protokolu imzalanıb
Sunakın ticarət elçisi Bakıya gəlir
Sabah Bakıda Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı Biznes Forumu keçiriləcək
Prezident İlham Əliyev Forumun açılışında iştirak edir
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
Aqrar Xidmətlər Agentliyində yeni TƏYİNAT
“Yaşıl kart”la bağlı ŞAD XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 