Azərbaycanın energetika naziri Pərviz Şahbazov Almaniyada 55-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində enerji təhlükəsizliyi mövzusunda keçirilmiş iclasda iştirak edib. Nazir çıxışında dünyada təhlükəsizliyin təminatında enerji təhlükəsizliyinin artan rolundan bəhs edib. Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyinə, davamlı inkişafa xidmət enerji siyasəti, neft-qaz layihələrindən danışıb. Energetika Nazirliyindən ONN media -ya verilən xəbərə görə, o, 7 ölkə və çoxsaylı şirkətlərin iştirakı ilə reallaşdırılan “Cənub Qaz Dəhlizi”nin icrasının yekun mərhələyə daxil olduğunu bildirib və layihənin dünyanın enerji xəritəsini yenidən formalaşdıran strateji əhəmiyyətini diqqətə çatdırıb. Energetika naziri Pərviz Şahbazov deyib: ““Cənub Qaz Dəhlizi” hazırda dünya enerji təhlükəsizliyi sisteminə şaxələnməni mənbə və marşrutun hər biri üzrə təqdim edən ilk real layihədir. Bu layihə enerji təhlükəsizliyi baxımından həssas region sayılan Cənub Şərqi Avropa bazarına istiqamətlənsə də, gələcəkdə daha çox Avropa ölkələrini əhatə etmək perspektivinə malikdir. Bu isə onu göstərir ki, “Cənub Qaz Dəhlizi”nin inkişafı ilə Avropada enerji təhlükəsizliyi daha geniş miqyasda təmin ediləcək.” Nazir həmçinin Bakıda fevralın 20-də keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı və bu formatda müzakirələrin enerji təhlükəsizliyinə töhfələri barədə məlumat verib. Qeyd edək ki, Münhen Təhlükəsizlik konfransı 1963-cü ildən beynəlxalq müzakirə forumu kimi dünyada təhlükəsizliyə və sabitliyə töhfə verir.
Nazir Münhen Təhlükəsizlik Konfransında çıxış edib



"Cənub Qaz Dəhlizi”nin icrasının yekun mərhələdədir- Nazir
Energetika naziri ABŞ nümayəndə heyət ilə görüşüb
Məmmədyarov Münhendə çıxış etdi
Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət nazirini qəbul edib
Azərbaycanın energetika naziri ABŞ-ın enerji naziri ilə görüşüb
Pərviz Şahbazov ABŞ-a səfərə gedib
Energetika naziri “Rusiya Enerji Həftəsi”adlı Beynəlxalq Forumda çıxış etdi
Vaşinqtonda Cənub Qaz Dəhlizinə həsr olunmuş tədbir keçirilib
Pərviz Şahbazov BƏƏ-li həmkarı ilə görüşdü
Azərbaycan-Braziliya enerji əməkdaşlığı müzakirə edilib
Azərbaycanın energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib
Pərviz Şahbazov Rusiyada səfərdədir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 