Energetika Nazirliyində Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. G Nazirlikdən ONN media -ya verilən məlumata görə, görüşdə iki ölkə arasında enerji əməkdaşlığının perspektivlərinə dair müzakirələr aparılıb. Rodriqo Maya Braziliyanın karbohidrogen ehtiyatları, yeni yataqların kəşfi hesabına hasilatda gözlənilən artım, qaz sahəsində həyata keçirilən islahatlar, eləcə də bərpa olunan enerjidən istifadə barədə məlumatları diqqətə çatdırıb. Bildirib ki, Braziliya Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır. Bu məqsədlə, iki ölkənin enerji sahəsində fəaliyyət göstərən müvafiq qurumları və neft-qaz şirkətləri arasında əlaqələrin inkişafına, “Petrobras”la SOCAR-ın əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinə ehtiyac var. Energetika naziri Pərviz Şahbazov Azərbaycan ilə Braziliya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və enerji əməkdaşlığı üçün imkanların olduğunu deyib. Nazir qədim neft diyarı Azərbaycanın keçdiyi inkişaf yolu, neft-qaz sənayesinin inkişaf mərhələləri və qlobal enerji təhlükəsizliyinin təminatı prosesində rolundan danışıb. SOCAR tərəfindən bu ölkə istiqamətində xam neftin, eləcə də Braziliya mənşəli xam neft və neft məhsullarının dünya bazarına təchiz edildiyini deyən nazir bildirib ki, neft-qaz şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi üçün Energetika Nazirliyi lazımi dəstəyi verməyə hazırdır. Nazir Pərviz Şahbazov eyni zamanda, iki ölkə arasında əməkdaşlıq üçün mümkün istiqamətlərdən biri kimi bərpa olunan enerji sahəsini qeyd edib: “Hazırda Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə üzrə yeni mərhələ başlanıb. Bu sahədə qanun və təşviqedici mexanizmlər hazırlanır. İndi əməkdaşlıq üçün münasib məqamdır və Braziliya şirkətlərini bərpa olunan enerji sahəsində iştiraka dəvət edirik”, deyə nazir əlavə edib. Söhbət zamanı ölkələr arasında əlaqələrin möhkəmlənməsinə xidmət edən digər istiqamətlər üzrə də imkanlar nəzərdən keçirilib.
Azərbaycan-Braziliya enerji əməkdaşlığı müzakirə edilib



Energetika naziri Çexiyanın sənaye və ticarət naziri ilə görüşüb
Enerji sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı müzakirə edilib
Energetika Nazirliyində Ərəb Neft İnvestisiyaları Korporasiyasının nümayəndə heyəti ilə görüş keçrilib
Monqolustanın energetika naziri Azərbaycanda səfərdədir
Energetika naziri isveçrəli iş adamlarını qəbul etdi
Energetika naziri ABŞ nümayəndə heyət ilə görüşüb
Energetika Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Pərviz Şahbazovla İndoneziyanın “Pertamina” şirkətinin nümayəndə heyəti arasında görüş keçirilib
Azərbaycanın energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib
Pərviz Şahbazov 25-ci Yubiley Beynəlxalq “Xəzər Neft və Qaz “Sərgisi çərçivəsində bir sıra görüşlər keçirib
Energetika naziri “Afrika İttifaqı Komissiyası”nın komissarı ilə görüşüb
Azərbaycanın energetika naziri Vyanada bir sıra görüşlər keçirib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 