Azərbaycanda ilk vulkan püskürməsi 1810-cu ildə Xəzərdə qeydə alınıb.
Ötən 200 il ərzində Azərbaycanda (həm quru sahədə, həm də Xəzərin Azərbaycan sektorunda) 93 vulkanda 418 püskürmə olub.
ONN media xəbər verir ki, bunu AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda 353 vulkan var ki, onun 200-ü quru sahədədir. Quru sahədə olan vulkanların 60 faizi püskürmür:
”Çünki adətən püskürmələr arasında vulkanın krater sahəsində mikroform qrupu yaranaraq Yer səthinə arasıkəsilmədən qaz, su, palçıq, lehmə çıxır. Bu prosesin aktiv getdiyi ərazilərdə vulkan daha püskürmür, çünki enerji artıq çıxarılır.
Nadir hallarda bəzi vulkanların qrifon-salza fəaliyyəti çox zəif olduqda püskürmə baş verir. Məsələn, Qobustandakı Şıxzərli vulkanı hər 2-3 ildən bir püskürür”.
A.Əliyev vurğulayıb ki, Abşeron yarımadasında – Binəqədi qəsəbəsinin yaxınlığındakı Keyrəki, Lökbatan qəsəbəsinin yaxınlığındakı Lökbatan, Şamaxı-Qobustan bölgəsində Quşçu, Şıxzərli vulkanları tez-tez püskürür:
“Digər vulkanlar isə müxtəlif intervallarla 5-10 ildən, bəziləri 25 ildən sonra püskürürlər".
Azərbaycanda vulkan püskürə biləcək təhlükəli ərazilər haradır?



Proqnoz özünü doğrultdu: 2 vulkan püskürdü, 4-ü isə...
"Yayılan xəbər yanlışdır"- İnstitut
Şamaxıda vulkandan sonra son vəziyyət
Lökbatanda vulkan püskürdü
Şamaxıdakı vulkan püskürməsi zəlzələyə səbəb olacaq? - RƏSMİ CAVAB
Şamaxıda vulkan püskürdü — FOTO
Bu vulkan sonuncu dəfə 1945-ci ildə püskürüb
Bakıda vulkan püskürdü
Şamaxıda palçıq vulkanı püskürdü
Şamaxıda vulkan püskürdü
Palçıq vulkanı püskürdü
Bakıda vulkan püskürdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 