Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-dən ONN media-ya verilən məlumata görə, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:
evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;
ağac tezalışan oyuncaqla bəzədilməməli;
qapalı məkanda atəşfəşanlıq edilməməlidir;
Bayram şənliyində bunlar nəzərə alınmalıdır:
şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;
şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;
pəncərədə dəmir barmaqlıq olmamalı;
məkanın iki çıxışı olmalı;
ehtiyat qapı üzərində "Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;
otağın qapıları mütləq bayıra açılmalı;
məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;
şənlikdə işıq tam söndürülməməli;
şənliyə tezalışan materialdan paltar geyinilməməli;
məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.
"Unutmayın ki, qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin”, - deyə müraciətdə vurğulanıb.



Nazirlikdən xəbərdarlıq: Yeni ildə bunları edin - Video
Yeni illə bağlı əhaliyə XƏBƏRDARLIQ
FHN-dən bayram xəbərdarlığı -VİDEO
Süfrələrdə yandırılan şamlara nəzarət edin! - FHN
FHN tonqallarla bağlı əhaliyə müraciət etdi
FHN Novruz çərşənbələri ilə bağlı əhaliyə çağırış etdi
Nazirlik Novruz bayramı ilə bağlı əhaliyə müraciət etdi
FHN Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət etdi
Nazirlikdən Novruz bayramı ilə bağlı əhaliyə MÜRACİƏT
FHN-dən əhaliyə vacib XƏBƏRDARLIQ
Nazirlikdən əhaliyə müraciət
FHN -dən əhaliyə müraciət
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 