Bakı Şəhər Baş Polis İdarəsinin tabeli orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı əməliyyat-profilaktik tədbirlər keçirilib.
ONN media xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
Dekabrın 21-də aparılan əməliyyat-profilaktik tədbirlər nəticəsində müxtəlif növ cinayət törətdiklərinə görə səkkiz nəfər tutulub, axtarışı elan olunan 29 nəfərin yeri müəyyən olunaraq, saxlanılması təmin edilib, küçə ticarəti ilə məşğul olduqlarına görə 118, avara və dilənçiliklə məşğul olduqlarına görə 25 nəfər barəsində inzibati ölçü götürülüb.
Bununla yanaşı, xırda xuliqanlıq 40, xırda talama 27, antisanitariya 52 fakt, qeydiyyat qaydalarını pozma 1510, digər inzibati xətalara görə 108 fakt və digər hüquqazidd hallar aşkarlanaraq qanunvericiliyə uyğun olaraq, müvafiq tədbirlər görülməklə, icra olunub.
Dövlət Yol Polisi xidmətinin əməkdaşları tərəfindən paytaxt ərazisində yol hərəkəti qaydalarını pozan ümumilikdə 449, o cümlədən kobud qayda pozuntusuna yol verən, inzibati xəta tərkibi yaradan 175 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub.
Müəyyən olunan bir sıra avtomobillərdə çoxavazlı səs siqnalı, səs boğucular, sayrışan işıqlar, pərdə, plyonka və qanunla qadağan olunan digər avadanlıqlar quraşdırılan doqquz nəqliyyat vasitəsi saxlanılaraq, mühafizəsi təmin olunan duracağa qoyulub, avtomaşını sərxoş halda idarə edən 18, yolu müəyyən olunmayan yerdən keçən 254 piyada barəsində müvafiq tədbirlər görülüb.
Paytaxt polisinin inzibati ərazisində xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.



Sərxoş sürücü Vaqif Əsədova — "Mənimlə məzələnirsən?"
Bakı polisi gücləndirilmiş rejimə keçdi
Peyvənd olunmayan taksi sürücüləri cərimələndi
Bakıda xüsusi karantin rejimini pozan yüzlərlə vətəndaş cəzalandırıldı
Peyvənd olunmayan sürücülər cərimələndi
Bakıda dilənçi DƏHŞƏT SAÇDI - 2 polis yaralandı
Azərbaycanda daha 143 miqrant saxlanıldı
Qanunsuz yaşayan 170 əcnəbi saxlanıldı
Polis maska taxmayanlara qarşı tədbir keçirdi
Su polisi tərəfindən bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib
Bakıda 50 nəfər bu səbəbə görə saxlanıldı
Karantin qaydalarını pozan sürücülər saxlanıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 