Dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə hərbi hissələrdə əsgər valideynləri və yaxınları, eləcə də ictimaiyyət nümayəndələri üçün “Açıq qapı” günü keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti Qusar qarnizonunda yerləşən hərbi hissədə “Açıq qapı” günündə iştirak edib. Tədbir iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun adını daşıyan küçədəki barelyefinin önünə gül dəstələri qoyaraq şəhidlərimizin xatirəsini bir daha ehtiramla anıblar. Daha sonra nazir və digər rəhbər şəxslər əsgər yaxınları, valideynləri ilə birlikdə bayram şənliyində iştirak ediblər.
“Açıq qapı” günündə hərbi hissəyə gələn vətəndaşlar şəraitlə tanış olub, xidməti və inzibati binalara, əsgər yataqxanaları və yeməkxanaya baş çəkiblər. Müdafiə Nazirliyinin rəhbərliyi ilə keçirilən görüşdə valideynləri narahat edən məsələlər müzakirə olunub və onların sualları cavablandırılıb. Əsgər valideynlərini dinlədikdən sonra nazir bir sıra məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib.
Xatirə olaraq hərbi hissə ərazisində Eldar şamı ağacları əkildikdən sonra müdafiə naziri hərbi qulluqçular və ziyarətçilərlə birlikdə bayram süfrəsi arxasında nahar ediblər.



Əsgər valideynlərinin DİQQƏTİNƏ
Bu gün hərbi hissələrdə “Açıq qapı” günü və andiçmə mərasimi keçirilir
Əsgər valideynlərinin DİQQƏTİNƏ
Əsgər valideynlərinə ŞAD XƏBƏR - Noyabrın 9-da...
Əsgər valideynlərinə şad xəbər
Dövlət Bayrağı Günü münasibətilə “Açıq qapı günü” və andiçmə mərasimi keçirilir
Hərbi hissələrdə andiçmə keçiriləcək
Əsgər valideynlərinə şad xəbər
Prezidentin köməkçisi və Müdafiə Naziri hərbi hissədə
Əsgərlərimiz and içdi
Zakir Həsənov tapşırıq verdi
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 